SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır

Azərbaycanda iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır
7-03-2019, 14:49

Azərbaycanda iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunlar “akademik” statusu alacaq Azərbaycan Dövlət Musiqili Teatrı və Azərbaycan Dövlət Rus Dram Teatrıdır.

Belə ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə əsasən, akademik teatrlarda çalışan işçilərin əməkhaqlarına 100 faiz əlavə müəyyən edilir.

Prezidentin imzaladığı “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” sərəncama əsasən, Nazirlər Kabinetinə bu iki teatra “akademik” statusunun verilməsini on beş gün müddətində təmin etmək tapşırılıb. Nazirlər Kabinetinin müvafiq qərarından sonra hər iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılacaq.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 148
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031