10:58 - Xocalı soyqırımından bəhs edən film Kaliforniya televiziya kanallarında nümayiş etdirilir - VİDEO
10:39 - Naxçıvanda gömrük orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində qurulub
10:37 - “Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb
10:17 - Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq
09:51 - Naxçıvanda şəhid ailələrinə təqaüdlər artımla ödənilib
09:47 - Cəbhədə atəşkəs 20 dəfə pozulub.
09:36 - Azərbaycan nefti bahalaşıb
09:30 - Nehrəmlilər Cəlil Məmmədquluzadənin 150 illik yubileyini qeyd ediblər-FOTO
09:23 - Əhali bir ayda rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib
09:00 - Muxtar respublikada istehsal olunan məhsullar “Gulfood – 2019”sərgisində maraqla qarşılanıb
00:05 - Günün qoroskopu-23 Fevral
23:17 - Siyasi səbatsızlıq, yoxsa mandat manevri?
22:45 - Soğan və sarımsaq ən yayılmış xərçəng növlərindən qoruyur
22:00 - Uşağın psixi problemlərini onun dişlərindən görmək olur
21:30 - Minillik sualın cavabı tapıldı: zebralar niyə zolaqlıdır?
Hüseyn Cavidlə Mikayıl Müşfiqin görüşü səhnələşdirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 may 2018-ci il 108 saylı sərəncamına əsasən ədəbiyatımızın görkəmli nümayəndəsi, dərin lirizmə malik və doğma dilin gözəlliklərini özündə ehtiva edən böyük şairimiz Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir.
Növbəti yubiley tədbirini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Cabir Novruz Fondu birgə təşkil edib.
Naxçıvanda Hüseyn Cavidin məqbərəsi önündə baş tutan tədbiri xalq artisti Nürəddin Mehdixanlı idarə edib.
Ədəbi məclisdə Hüseyn Cavidlə Mikayıl Müşfiqin görüşünü təsvir edən tamaşa nümayiş olunub. Tamaşada Cavid Əfəndi obrazını Naxçıvanın xalq artisti Həsən Ağasoy, Mikayıl Müşfiqi Rza Toğrul, Əhməd Cavadı isə Nürəddin Mehdixanlı canlandırıb.
Elə həyatda da Mikayıl Müşfiqin mənəvi atası sayılan Cavid Əfəndi ilə Müşfiqin görüşü tədbir iştirakçılarına duyğusal anlar yaşadıb.
Tədbir zamanı Prezident təqaüdçüsü, AYB-nın üzvü, bəstəkar- şair Cəlal Qurbanovun Mikayıl Müşfiqin "Yenə o bağ olaydı” əsərinə yazdığı nəzirə də səslənib. "Yenə o Müşfiq olaydı” sözləri ilə başlayan nəzirə böyük şairə bəslənən sevgini təcəssüm etdirib.
Yubiley tədbirindədə əməkdar artist Rəşad İlyasov da çıxış edərək, Mikayıl Müşfiqin şeirinə bəstəkar Cahangir Cahangirovun bəstələdiyi "Həyat sevgisi” mahnını ifa edib.