SON DƏQQƏ

naxcivanxeberleri.com

Milli musiqimizi yaşadan dahi bəstəkar Üzeyir Hacıbəyov

Milli musiqimizi yaşadan dahi bəstəkar Üzeyir Hacıbəyov
18-09-2020, 18:46

Milli-mədəni dəyərlər hər bir xalqın formalaşması və inkişafında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqı da öz milli mənəvi dəyərləri – tarixi, milli mədəniyyəti, şifahi söz xəzinəsi, memarlıq abidələri, musiqisi, xalq mahnıları, bəstəkar əsərləri, ədəbiyyat və incəsənəti ilə dünya xalqları sırasında özunəməxsus şəkildə yer almış, daim seçilmişdir.

Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin tarixi də çox-çox qədim dövrlərdən xəbər verir. Bu baxımdan Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında da dolğun məlumat verir. Hələ XIII əsrdə Səfiəddin Urməvi, sonralar isə onun davamçıları Azərbaycan musiqisinin nəzəri məsələlərini araşdırmış, musiqimizin səs sistemi, ladları, musiqi alətləri haqqında dəyərli əsərlər yazmışlar. Bu nadir  musiqi əsərləri Şərq və Qərbin böyük musiqi tədqiqatçıları və musiqişünaslarının marağına səbəb olmuş, dünyanın bir sıra xalqlarının dillərinə tərcümə edilmişdir. XX əsrin ortalarında Üzeyir Hacıbəyov özünün “Azərbaycan xalq musiqisinin əsasları” kitabında: “Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri dünyada məhşur olan iki nəfər Azərbaycan alimi, nəzəriyyəçi, musiqişünas Səfiəddin Əbdülmömin ibn Yusif əl Urməvi (XIII əsr) və  Əbdülqadir Marağai (XIV əsr) tutur”, - deyə yazırdı. Deməli XX əsrdə Azərbaycanda Səfiəddin Urməvinin ənənələri yaşayırdı və bu sahədə Üzeyir Hacıbəyov onun davamçısı olmuşdur. O, “Azərbaycan xalq musiqisinin əsasları” əsərinin “Tarixi məlumat” hissəsində qeyd edirdi: “Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü “bina” (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür. Musiqi binasının möhkəm təməlini təşkil edən on iki sütun on iki əsas muğamı, 6 bürc isə 6 avazı təmsil edirdi”. Hacıbəyova görə Azərbaycan xalqının musiqi sənəti də çox mütənasib və ciddi bir sistemə əsaslanır. Azərbaycan xalq musiqisinin bütün elmi-nəzəri məsələləri də öz əsasını bu sistemdən alır. Üzeyir Hacıbəyov XX əsrdə nəinki xalq musiqimizin əsaslarını müəyyən etmiş, onun ciddi qanunlara tabe olduğunu göstərmiş, həm də Şərqdə ilk muğam operası “Leyli və Məcnun” un yaradıcısı olmuşdur. Hal-hazırda Azərbaycanda elə musiqi janrı və musiqi forması tapmaq olmaz ki, bu və ya digər şəkildə musiqimizin klassiki Üzeyir Hacıbəyovun adıyla bağlı olmasın. Dahi sənətkarın yaradıcılığına böyük qiymət verən Ulu öndər Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günü – 18 sentyabr “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Sərəncamda: “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə, peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir” – yazılır. Həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” (Üzeyir günü) kimi qeyd olunur.

A­zər­bay­ca­nın da­hi bəs­tə­ka­rı, dün­ya şöh­rət­li mu­si­qi­şü­nas, müa­sir Azərbaycan pro­fes­sio­nal mu­si­qi sə­nə­ti­nin və mil­li ope­ra­sı­nın ba­ni­si, ic­ti­mai xa­dim, is­te­dad­lı dra­ma­turq, pe­şə­kar jur­na­list, qüd­rət­li ədib, ma­hir pub­li­sist, gör­kəm­li pedaqoq Üze­yir  Əbdülhüseyn oğ­lu Ha­cı­bə­yov Azər­bay­can xal­qı­nın dün­ya mədəniyyətinə bəxş et­di­yi na­dir si­ma­lar­dandır. Bö­yük no­va­tor sə­nət­kar sə­nə­tin­də, ya­ra­dı­cı­lı­ğın­da Azərbaycan xalq mu­si­qi­si­nin bü­tün janr­la­rı­nı – mu­ğam, mah­nı, rəqs, aşıq yaradıcılığının... sə­ciy­yə­vi xüsusiyyətlərini tam şəkildə əha­tə etmiş və özü­nün ori­ji­nal üs­lu­bu­nu ya­rat­mış­dır. Müasir Azər­bay­can musiqişünaslığının əsasını qoy­an Üze­yir bəy xalq mu­si­qi­si üzərində də­rin el­mi təd­qi­qatlar apar­mışdır. Azər­bay­can lad­la­rı­nı Av­ro­pa­nın ma­jor-mi­nor sis­te­mi ilə üz­vi sü­rət­də birləşdirməklə, mil­li musiqimizin inkişafında müstəsna xid­mət­lər göstərmişdir. Şifahi xalq mu­si­qi sənətində möv­cud olan Azər­bay­can mil­li mu­si­qi­si­ni Qər­bi Avropa və rus bəstəkarlıq mək­təb­lə­ri­nin sə­viy­yə­sin­də zən­gin­ləş­dir­mə­yə də müvəffəq olmuşlur.       

Üze­yir  Əb­dül­hü­seyn bəy oğ­lu Ha­cı­bə­yov (Ha­cı­bəy­li) 18 sent­yabr  1885-ci ildə Qa­ra­bağ ma­ha­lı­nın Ağ­ca­bə­di şə­hə­rin­də ana­dan ol­muş­dur. Onun ata­sı əs­lən Şuşadan idi. Üzeyirin uşaqlığı da elə Şuşada keçmiş, ilk təh­si­li­ni mədrəsədə almışdı. Mədrəsədə oxuduğu illərdə ərəb, fars dillərinə mükəmməl yiyələnir, şərq yazıçılarının həyat və yaradıcılığı ilə yaxından tanış olur. O, maa­rif­çi Ha­şım­bəy Və­zi­ro­vun ikiil­lik rus-ta­tar mək­tə­bin­də təh­si­li­ni da­vam et­dirir. Üzeyir bəy hələ gənc yaşlarından musiqiyə böyük maraq göstərir. O, zəngin musiqi ənənələri olan Şuşa mühitində döv­rü­nün gör­kəm­li ziyalısı  Mir­zə Meh­di Hə­sən­za­dənin rəh­bər­li­yi altında Şər­qin bö­yük ya­zı­çı və şair­lə­ri­nin əsər­lə­ri ilə ta­nış ol­ur. Bu əsər­lə­ri Üzeyir ya ori­ji­nal­da, ya da Mir­zə Meh­di müəl­li­min tərcü­mə­sin­də oxu­yub mənimsəyirdi. Ha­cı­bə­yo­vun mu­si­qi sənətinin sirlərinə yiyələnməsində  Şu­şa mü­hi­tində ilk mu­si­qi müəl­li­mi, xalq mu­si­qi­si­nin gö­zəl bilicilərdən bi­ri olan da­yı­sı Ağalar Əliverdibəyov ol­muş­dur. Yaradıcılığa kiçik yaşlarından başlayan Üzeyir bəy 13 yaşında ikən hekayə və nağıllar da yazırdı. Əski əlifba ilə yazdığı kiçik həcmli nağılları, onlara uyğun olaraq çəkdiyi illüstrasiyalarla birgə cildləyir və “Kitabi-məzhəkə” adı altında dostlarının köməyilə nəşr etdirir. 1899-cu ildə Üze­yir Gürcüstana gə­lir və Qo­ri Müəl­lim­lər Se­mi­na­ri­ya­sı­na qə­bul olunur. O, burada təhsil alarkən üç mu­si­qi alə­tin­də – skrip­ka, vio­len­çel və nə­fəs­li alət olan baritonda çalmağı öy­rən­ir. Gələcək bəstəkar Müslüm Maqomayevlə  tanışlığı da məhz orada baş verir. Hacıbəyov seminariyada oxuyarkən, həm Azərbaycan, həm də Gürcüstanda məşhur olan adlı-sanlı Terequlovlar nəsli ziyalılarının nümayəndəsi  Мəleykə xanım Теrеqulоva ilə evlənir. Onun yaxın dostu Müslüm Maqomayev Мəleykə xanımın bacısı ilə ailə qurmuşdu. Öz ailəsi olsa da, Hacıbəyov həmişə qohumlarının da qayğısına qalmış, təəssüf ki, öz uşaqları olmamışdır. Onun mu­si­qi is­te­da­dı se­mi­na­ri­yada oxuduğu il­lə­rin­də bü­ru­zə ve­rir və xalq mahnılarını nota yazmağa başlayır. Seminariyada 5 il təh­sil alan Üzeyir Hacıbəyovun dün­ya­gö­rü­şü­nün for­ma­laş­ma­sın­da, dün­ya ədə­biy­ya­tı ilə yaxından tanış olmasında se­mi­na­ri­yanın böyük rolu olmuşdur. 1904-cü il­də se­mi­na­ri­ya­nı bitirən gənc Üze­yir Cəb­ra­yıl qə­za­sı­nın Had­rut, Tuğ kənd­lə­ri­nə müəl­limlik etmişdir. O, 1905-ci ilin ya­yın­da Ba­kı­ya gə­lə­rək,  Bibiheybətdə, sonra­lar isə “Səa­dət” mək­tə­bin­də müəl­lim, “Həyat” qə­ze­tin­də felyetonçu, tər­cü­mə­çi ki­mi iş­lə­miş, eyni zamanda “İrşad” qəzeti ilə əməkdaşlıq etmişdir. Eyni zamanda bə­dii ya­ra­dı­cı­lıq­la məş­ğul olur, na­sir ki­mi fəa­liy­yət göstərir və bir sıra əsərlərini nəşr et­dirir.    Dahi bəstəkarın yaradıcılığı çoxşaxəli idi. Onun hər hansı bir sahədə gördüyü işlər elmi-tədqiqat səviyyəsində göstərmək düzgün olar. Niyazi qeyd edirdi: “Hacıbəyovun yaradıcılığı onun bəstəkarlıq fəaliyyətindədir. Üzeyir dünya mədəniyyəti tarixinə, hər şeydən əvvəl, Şərqdə ilk operanın banisi kimi daxil olmuş və bu janrın ən nadir incilərini yaratmışdır...”. Şair Məhəmməd Fü­zu­li­nin eyniad­lı poe­ma­sı əsa­sın­da yaz­ılmış, mu­si­qi­si əsa­sən, muğam və təs­nif­lər­dən iba­rət olan “Ley­li və Məcnun” ope­ra­sı ilə Üzeyir bəy nəinki Azər­bay­can­da, elə­cə də bü­tün mü­səl­man Şərqində ope­ra sə­nə­ti­nin əsasını qo­y­­du. Bəstəkarın Azərbaycan Ope­ra və Ba­let Teatrında ta­ma­şa­ya qo­yu­lan uğurlu əsərlərindən biri – “Koroğlu” operası xalq folk­lo­ru ru­hun­dan qi­da­lan­mış,­ aşıq mu­si­qi­si üs­lu­bun­da bəs­tə­lə­nmiş və ya­ra­dı­cı­lı­ğın­ın şah əsə­ri he­sab edilmişdir. Öz estetik istiqamətinə görə yeni olan incəsənəti bəstəkar milli musiqi mədəniyyətinin böyük tarixi təcrübəsinin bünövrəsi üzərində qurmaqla, bəstəkarlıq yaradıcılığının müvəffəqiyyətləri ilə inkişaf etdirmiş və zənginləşdirmişdir. Onun bəstəkarlıq və novator axtarışının əsasını hər şeydən əvvəl əsil xəlqilik və realizm  prinsipləri təşkil edirdi. Bəstəkarın misilsiz xidmətlərindən biri də “Azərbaycan xalq musiqisinin əsasları” əsərini ərsəyə gətirməsi olmuşdur. Bu elmi əsər muğamlarımız haqqında monumental bir tədqiqatdır. Dərslik kimi tədris olunan bu əsərdə 7 əsas və 3 əlavə muğamlarımızın inkişaf yolu təhlil olunmuşdur. Üzeyir bir bəstəkar olaraq əsərlərində xalq yaradıcılığı ilə yanaşı, dünya klassik musiqisindən də məharətlə istifadə etmişdir. O, “Leyli və Məcnun” operasında muğam və xalq mahnılarından istifadə etmişdirsə, “Koroğlu” operasının musiqisini isə başdan-başa muğam və xalq mahnılarımızın əsasında qurmuşdur. Bəstəkarın klassik musiqisindəki yaşamının əsas səbəbi də budur. Onun yaradıcılığı incəsənət və xəlqilik uğrunda mübarizəyə həsr edilmişdir. Fikrət Əmirov bəstəkarla söhbətində: “Musiqini elə yazmaq lazımdır ki, xalq başa düşsün. Musiqi insanı heyran etməli və ruhlandırmalıdır...”. Doğurdanda Hacıbəyovun musiqisi gözəlliyi  və həqiqi xəlqiliyi ilə adamı valeh edir. Xəlqilik dedikdə xalq musiqisinin ruhuna və üslubuna dərindən nüfuz etməyi, xalq musiqi dilinin xüsusiyyətlərini başa düşüb mənimsəməyi nəzərdə tutur, yəni xalq musiqisi nümunələrini kor-koranə köçürtməyin, təqlid etməyin əleyhinə idi. 

Bəstəkar milli operamızın, musiqili teatrın bünövrəsini qoyduğu kimi, yazıçı və jurnalist kimi də öz dəst-xəttilə seçilmişdir. Azərbaycan və rus dillərində dərc olunan dövrü mətbuatda məqalə, felyeton, resenziya, miniatür, səhnəcik, açıq məktub və s. formalarda yüzlərlə əsərini nəşr etdirmişdir. O, peşəkar jurnalist kimi bu sahənin sənət sirlərini, yaradıcılıq incəliklərini, nəzəri problemlərini çox yaxşı bilmiş, müxtəlif illərdə zəmanəsinin apa­rıcı qəzet və jurnallarında tərcüməçi və redaktor kimi fəaliyyət göstərmiş,   “Kas­pi”, “Hə­yat”, “Tə­rəq­qi”, “Tərcüman”, “İr­şad”, “İq­bal”, “Ye­ni iq­bal”, “Hə­qi­qət” qəzetlərin­də, elə­cə də “Mol­la Nəs­rəd­din” jur­na­lın­da “Ü.­Ha­cı­bə­yov”, “Ü­ze­yir”, “Y.”, “Fi­lan­kəs”, “Behmən­kəs”, “Bi­sa­vad”, “Namuslu”, “Or­dan-bur­dan­çı”, “Saqallı, hənalı filankəs”, “Sa­ray mü­di­ri Hacıbə­yov”, “A­dı Mol­la, özü Bəy fi­lan­kəs” və s. ki­mi giz­li im­za­lar­la xey­li mə­qa­lə, oçerk, fel­ye­ton və sati­rik mi­nia­tür­lər dərc etdirmişdir. Öz məqalə və felyetonlarında dövrünün mühüm ictimai-siyasi və maarifçilik məsələlərinə toxunur, xalqını maarifləndirmək uğrunda mübarizəyə aparırdı. Hacıbəyli jurnalistlərdən sadə, xalq dilində yazmağı tələb etdiyi kimi oxu­cu­lardan da həm jurnalist sözünə ciddi münasibət, həm də mətbuata hörmət, qəzet oxumağa həvəs, istək tələb edirdi: “Qəzet oxumaq, yəni dünyadan xəbəri olmaqla bərabər, bir də qəzetlərdə yazılan faydalı şeylərdən mənfəət götür­mək və ehtiyaclarımızın yolunu öyrənmək üçün savaddan başqa bir də ürəkdə bir dübr və şövq də lazımdır”.                                 

Üzeyir bəyin yaradıcılığında musiqili dram sənəti də mühüm yer tutur. Onun musiqimizdəki rolunu Mirzə Fətəlinin dramaturgiyamızdakı mövqeyi ilə müqayisə etsək deyərik ki, M.F.Axundov Azərbaycan ədəbiyyatında dramaturgiyanın banisidirsə, Ü.Hacıbəyov professional musiqimizin ilk ustadıdır. Mirzə Fətəli rus və Avropa dramaturgiyasından böyük ustalıqla bəhrələnmişdirsə, Üzeyir kamil bir bəstəkar və musiqişünas alim kimi Azərbaycanın son dərəcə gözəl, məlahətli musiqisini rus və Avropa musiqisinin mütərəqqi ənənələri ilə üzvi şəkildə əlaqələndirmişdir. M.F.Axundov Şərq qadınını qara çadraya bürüyən, onun arzu və düşüncələrini islam dini əleyhinə açıq mübarizə aparmışdırsa, Ü.Hacıbəyov islamiyyətin qadına münasibətini musiqinin və ictimai satiranın dil ilə ifşa etmişdir. Əli Sultanlı Ü.Hacıbəyovun dramaturgiyasından bəhs edərkən: “O, məhz M.F.Axundovun və C.Məmmədquluzadənin dramaturji üslubunu izləyərək şuxluğu, məlahəti ilə hələ ədəbiyyat tariximizdə misli görünməmiş məzhəkələr yaratmışdır”- yazırdı. XX əsr Azərbaycan ədəbiyyatında fəaliyyəti ilə fərqlənən sənətkar Ü.Hacıbəyovun “Məşədi İbad”, “Arşın mal alan”, “O olmasın, bu olsun” , “Ər və arvad” musiqili komediyalarının əbədi həyat qazanması, dillər əzbəri olması bu fikri təsdiq edir.

Ü.Hacıbəyov ənənə və novatorluğu həmişə vəhdətdə götürür, “Musiqidə  xəlqilik” məqaləsində yazırdı: “Mən xalq musiqisini əsaslı sürətdə öyrənməyincə böyük əsərlər yazmağa tələsməmişəm”. Onun fikrincə, zəngin xalq ədəbiyyatına, klassik irsə, dünya ədəbiyyatına mükəmməl bələd olmayan, ondan yaradıcı şəkildə istifadə etməyi bacarmayan qələm sahibi ola bilməz.                             

Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətləri olan Üzeyir Hacıbəyov Naxçıvan musiqi mədəniyyətinin inkişafında da mühüm rolu olmuşdur. O, ilk dəfə 1937-ci ildə birinci çağırış SSRİ Ali Sovetinin Millətlər Sovetinə, ikinci dəfə 1946-cı ildə isə SSRİ Ali Sovetinə Naxçıvan Muxtar Respublikasından deputat seçilmişdir. 11 il Naxçıvandan SSRİ Ali Sovetinin deputatı olduğu müddətdə xalqın rifahı naminə var qüvvəsi ilə çalışmış, xüsusilə naxçıvanlıların mənafeyini qorumuşdur. O, Naxçıvanın mədəni həyatının, iqtisadiyyatının yüksəlməsinə səy göstərmişdir. Naxçıvanda 1937-ci ildə ilk Uşaq Musiqi məktəbinin açılması da onun adı ilə bağlıdır. Ü.Hacıbəyovun təşəbbüsü ilə 1938-ci ildə Muxtar Respublikada professional musiqinin inkişaf etdirilməsi üçün Məmməd Məmmədov adına 1 saylı Uşaq Musiqi məktəbi fəaliyyət göstərməyə başladı. Dahi bəstəkarımız həmin məktəbə “Berlin” markalı piano da bağışladı. Bu məktəb Muxtar Respublikanın mədəni həyatında mühüm rol oynadı. Bununla yanaşı musiqi kollektivlərinin təşkilində, kadrlarının yetişdirilməsində, sənaye müəssisələrinin açılmasında fəaliyyət göstərmişdir. Üze­yir bəy on­lar­la ta­nın­mış bəstəkarlar ifa­çı­lar nəs­li ye­tir­miş­dir. Onun tə­lə­bə­lə­rin­dən Qa­ra Qa­ra­yev, Fik­rət Əmi­rov, Ni­ya­zi, Sol­tan Ha­cı­bə­yov, Ağa­ba­cı Rza­ye­va, Şə­fi­qə Axun­do­va və onlarla baş­qa­la­rı­nın ad­la­rı­nı çək­mək olar.­.. Onun “Ar­şın mal alan” mu­si­qi­li ko­me­di­ya­sı 1917-ci il­də (rejissor B.Svet­lov), 1945-ci il­də (re­jis­sor­lar R.Təh­ma­sib, N.Leş­şen­ko), 1965-ci il­də (rejissor T.Ta­ğı­za­də), “O ol­ma­sın, bu ol­sun” mu­si­qi­li ko­me­di­ya­sı (rejissor H.Seyidzadə) isə 1956-cı il­də ekranlaşdı­rıl­mış­dır. 1945-ci il­də çə­kil­miş “Ar­şın mal alan” fil­mi­nin bir qrup ya­ra­dı­cı­sı və iş­ti­rak­çı­sı ilə ya­na­şı, Üze­yir Hacıbəyov da SSRİ Dövlət Мü­ka­fa­tına la­yiq gö­rül­müş­dür. 1944-cü ildə Azər­bay­can Dövlət Sim­fo­nik Orket­ri­nə, 1949-cu il­də Azər­bay­can Döv­lət Konservatoriyasına Üze­yir Hacıbəyovun adı verilmiş və respublikanın  şə­hər və qə­sə­bə­lər­də onun adı­na kü­çə­lər, mu­si­qi mək­təb­lə­ri, Respublika Dövlət Mü­ka­fa­tı və s. təsis olunmuşdur. Ba­kı­da və Şu­şa­da hey­kə­li (1960-cı il­də Ba­kı­da tunc və qra­nit­dən ucal­dı­lan hey­kə­lin müəl­li­fi hey­kəl­tə­raş T.Məm­mə­dov; 1985-ci il­də Şu­şa­da tunc və qra­nit­dən ucal­dı­lan hey­kə­lin müəl­li­fi isə Ə.­Sa­li­kov­dur) ucal­dıl­mış­, 1965-ci il­də Şu­şa­da, 1975-ci il­də isə Ba­kı­da ev mu­zey­lə­ri açıl­mış­dır. 1982-ci il­də xalq ya­zı­çı­sı Ana­rın sse­na­ri müəl­lif­li­yi və re­jis­sor­lu­ğu ilə bəs­tə­ka­rın hə­yat və fəaliy­yə­tin­dən bəhs edən iki­se­ri­ya­lı “Ü­ze­yir Ha­cı­bə­yov; Uzun öm­rün akkordları” rəng­li bədii televiziya filmi çəkilmişdir. Onun yaradıcılığının es­te­ti­ka­sı­nın realizmi, milliliyi, həyatiliyi, nikbin ruh, yüksək ideya-məzmun, forma mükəmməlliyi, yüksək bədiilik, ənənə və novatorluğu, elə­cə də bəs­tə­kar­lıq təcrübə­sin­də­ki qey­ri-adi fəaliyyəti, nə­zə­ri konsepsiyaları, bu­nu de­mə­yə əsas ve­rir ki, bu dahi sə­nət­kar­ın zəngin, çox­şa­xə­li ir­si daim təd­qi­qat­çı­la­rın nə­zər-diq­qə­ti­ni cəlb et­miş, hə­yat və fəa­liy­yə­ti haq­qın­da çox­lu sayda monoqrafiyalar, kitablar, oçerk və mə­qa­lə­lər ya­zıl­mış­ və bundan sonra da yazılacaqdır.

 

Nuray BƏKTAŞİ

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031