SON DƏQQƏ

naxcivanxeberleri.com

Onlayn ekskursiyalar davam edir

Onlayn ekskursiyalar davam edir
13-08-2020, 22:36

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində növbəti onlayn ekskursiya keçirilib. Ekskursiyanı muzeyin baş elmi işçisi – Gülarə Babayeva, bələdçilər – Rəfiqə Baxşıyeva və Nərmin Yaqublu təqdim ediblər.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əvvəlcə muzeyin yaradılma tarixi haqqında məlumat verilib. Bildirilib ki, Cəlil Məmməd­quluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi 2 mərtəbə və 3 ekspozisiya zalından ibarətdir. Ekspozisiyanın birinci zalında ən qədim mədəniyyət abidələri olan Gəmiqaya və Qobustan qayaüstü təsvirlərinin fotoları, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin portretləri, əsərlərinə çəkilmiş illüstrasiyalar, heykəltəraşlıq nümunələri, əsərlərinin toplandığı kitablar sərgilənir.
Qeyd olunub ki, XVIII əsrdən başlayaraq müasir dövr Azərbaycan ədəbiyyatını özündə əks etdirən ikinci ekspozisiya zalının ən gözəl guşəsində ümummilli lider Heydər Əliyevlə bağlı eksponatlar – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən muzeyə hədiyyə olunmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə qiymətli metaldan hazırlanmış xatirə medalı, rəssam Səyyad Bayramov tərəfindən işlənmiş “Ümummilli lider Heydər Əliyev” portreti, ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotolar, kitablar və digər qiymətli eksponatlar sərgilənir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930