SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kamera Orkestrinin Ordubadda konserti olub

Kamera Orkestrinin Ordubadda konserti olub
28-02-2019, 10:08

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Ordubad Rayon Mədəniyyət Sarayında konserti olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, konsertin aparıcısı bildirib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. Muxtar respublikanın musiqi kollektivləri də bu tədbirlərdə fəal iştirak edirlər. Bugünkü konsert proqramı da bu yubileyə həsr olunmuşdur.

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri muxtar respublikanın tanınmış orkestrlərindən biridir. Kollektivin çıxışları musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanır. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin repertuarında Avropa bəstəkarlarının əsərləri, klassik instrumental kamera musiqisi ilə yanaşı, Azərbaycan bəstəkarlarının musiqi əsərləri də mühüm yer tutur. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov, dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərovdur.


Orkestr əvvəlcə böyük bəstəkarımız Fikrət Əmirovun “Min bir gecə” baletindən “Final” ifa edib.

Sonra Azərbaycan Respublikasının əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Elçin Nağıyev, Azər Cəfərli və müğənnilər İlkin Abdullayev, Rahim Əsgərzadə, Samir İsmayılov, Ruhiyyə Hüseynova bəstəkarlarımızın Azərbaycanı və Naxçıvanı tərənnüm edən mahnılarını ifa ediblər. Onların ifasında səslənən “Naxçıvan”, “Bakı”, “Bayram olsun” və başqa bəstəkar mahnıları, xalq mahnıları, operalardan ariyalar alqışlarla qarşılanıb.

Konsert solistlərin ifasında bəstəkar Rauf Hacıyevin şair Ənvər Əlibəylinin sözlərinə yazdığı məşhur “Azərbaycan” mahnısı ilə başa çatıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 183
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031