SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının canlı yayımla konserti olub

Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının canlı yayımla konserti olub
10-06-2020, 20:13

İyunun 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının canlı yayımla konserti olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından və muğam sənətimizdən nümunələr səsləndirən ansamblın bədii rəhbəri musiqi kollecinin müəllimi Sahil Qasımovdur.

Onlayn konsertdə ansamblın solistləri İlkin Abdullayev və Samir İsmayılov Azərbaycan bəstəkarlarının mahnılarını, “Bayatı-Şiraz” təsnifini ifa ediblər. Qeyd edək ki, ansamblın ifasında musiqisevərlər üçün maraqlı musiqili kompozisiya da təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təqdim edilən, konsert böyük izləyici sayı ilə maraqla qarşılanıb və təqribən, bir saata yaxın davam edib.
Növbəti onlayn konsert proqramı da Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet resurslarında canlı olaraq yayımlanıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930