SON DƏQİQƏ

naxcivanxeberleri.com

TAMAŞAÇI SEVGİSİ İLƏ ÖTƏN İLLƏR-Naxçıvan teatrının görkəmli siması

TAMAŞAÇI  SEVGİSİ  İLƏ  ÖTƏN   İLLƏR-Naxçıvan  teatrının görkəmli siması
17-02-2019, 09:47

Şaxtalı, soyuq bir qiş axşamında- fevral ayının 17-də bir qız uşağı dünyaya göz açdı. Onun dünyaya gəlişi anası Xədicə xanımın, atası Həsənin böyük sevincinə səbəb oldu. Tanınmış sənət adamlarının iştirak etdiyi adqoymamərasimində balaca qızın adı Sofia qoyuldu. Ziyalı ailəsində dünyaya göz açan bu qız böyüyəndə anası, aktrisa, Azərbaycan (SSRİ) Xalq artisti Xədicə Qazıyevanın sənət yolunu davam etdirdi.

Ömrünün 89-cu baharında bizə vəda etdi o. Azərbaycan Respublikasının Xalq artisti, Şöhrət ordenli, Prezidet təqaüdçüsü Sofia Hüseynova ömrünün 65 ilini teatr sənətdə keçirib. Səhnə mədəniyyətini anası Qədicə Qaziyevadan alan və bir çox tamaşalarda onunla tərəf müqabili olub. Sofia xanimın səhnəyə, tamaşaya olan marağını görən Naxçıvan teatrının o zamankı bədii rəhbəri İbrahim Həmzəyev ona “Fərhad və Şirin ” tamaşasının son pərdəsində mahnı oxuyan qızın rolunu təklif edir. Elə o zamandan sənətə ilk addımını atan Sofia xanım ilk vaxtlar teatr ailəminə yaxından bələd olmasada kollektivin səmimiyyəti, etimadı onu daha da ruhlandırır. Anası Xədicə xanımın da bu yolda ona böyük dayaq olur. Nəhayət 1942-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa kimi işə qəbul olunur. Ilk dəfə xalq şairi Səməd Vurğunun “Fərhad və Şirin” əsərində Ozan qızı rolunu ifa edir.
Şairin “Vaqif” mənzum pyesindəki gürcü qızı Tamara obrazı da sənətkarın canlandirdığı ilk obrazlardan olub. Onun yaradıcılıq fəaliyyəti illərində A. Ostonoviskinin “Cehizsiz qız” pyesində Larisa, A. Babayevin “Yarımçıq şəkil ” əsərində Eteri, S. Vurğurğunun “Komsomol” poemasında Humay, C. Cabbarlının “Solğun çiçəklər” pyesində Sara, K. Ağayevanın “Məshəti” pyesində Tərgül, H. Razinin “Günəş” əsərində Abukövsər, Ş. Qurbanovun “Sənsiz” pyesində Maral, N. Hikmətin “Kor padşah” əsərində Aişə və başqa saymaqla bitməyən onlarla obrazları müvəffəqiyyatlə yaratmışdır.
Onuda qeyd etməliyəm ki, Sofia xanımın oynadığı bütün rollara nəzər salıb incələsək görərik ki, bu obrazlar içində “Ana” obrazları üstünlük təşkil edir. Öz bədii ləyaqəti, orjinal və tutumlu ifasına görə Hüseyn Cavidin “Ana” faciəsindəki Səlma, Aleksandr Ostroviskinin “Günahsız müqəssirlər” əsərində Kristina və C. Məmmədquluzadənin “Anamın kitabı” dramında Zəhrabəyim obrazları Sofia xanımın yaradıcılıq tərcümeyi-halında xüsusi yer tutur. Sanki o anaların taleləri bir torpaqdan yoğrulmuşdur. Üçü də böyük əzab-əziyyət çəkmək, ömürlərini mənəvi sarsıntılarda keçirmək üçün dünyaya gəlmişlər. Səlma da, Kristina da, Zəhrabəyim də....
Sofia xanım həyatda da çox çətinliklərə qatlaşmalı olub. Sanki yuxarıda sadaladığım o analar bütövlükdə bir Sofia ananın həyatını əks etdirir. Lakin bütün mənəvi çətinliklərə baxmayaraq o, həm sənıtini davam etdirib, həm də beş övlad böyüdərək ailə başçısı edib. Onun nəvələri, hətta nəticələri də bu isti ana qayğısını hiss edib. Onun bu qayğısı yalnız ailə daxilində yox, həm də sənət aləmində də özünü göstərib. Belə ki, o, milli teatrımıza Azərbaycan Respulikasının Xalq artistləri Rafael Dadaşov və Rövşən Hüseynov kimi aktiyorlar bəxş edib.
Aktiyorun sənət nümunələri onun yaratdığı obrazlardır. Sofia xanımın yaratdığı obrazlar arasında seviləni də, nifrət hədəfinə düçar olanları da olub. Amma hər iki halda aktirisa alqışlanıb. Çünki səhnə həyatına düzgün münasibət bəsləmək onun əsas yaradıcılıq meyarı olub. Məhz Sofia xanım kimi böyük sənətkarların sayəsində Naxçıvan teatrı böyük uğurlar qazanıb.
Qaldı ki, sənətkarımızın əməyinin qiymətləndirilməsinə o, da digər sənət adamları kimi diqqətdən kənarda qalmayıb. Sofia Hüseyinova hələ gənc yaşlarında Naxçıvan MSSR, sonra isə Azərbaycan SSRİ Əməkdar artisti adını alıb. 1952-cı ildə Azərbaycan SSRİ Xalq artisti fəxri adını alan sənətkar 1996-cı ildə Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə tətif olunmuşdur. Sofia xanım 2002-cı ildən Prezidet təqaüdçüsü olub. 2004-cü ildə isə bu təqaüd Prezidet cənab İlham Əliyev tərəfindən ikinci dəfə artırılmışdır. Bir sənətkara bundan artıq nə lazım ola bilər.
Həm teatr sevərlər, həm də yaxın ətrafındakı insanlar tərəfindən sevilən və zaman qəlblərdə yaşayacaq Sofia xanımı doğum günündə xoş xatirələ anırıq. Belə sənətkarlar heç vaxt unudulmur. Allah rəhmət eləsin.

Bəxtiyar ƏLİYEV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 320
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031