SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçvanda onlayn konsert maraqla qarşılanıb

Naxçvanda onlayn konsert maraqla qarşılanıb
11-05-2020, 10:30

Dünən Heydər Əliyev Sarayında Azərbaycan tarixində misilsiz xidmətləri olan dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin onlayn konserti keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeyd edək ki, repertuarında Avropa bəstəkarlarının əsərləri və klassik instrumental kamera musiqisinin də yer aldığı orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur.

 

Rəngarəng konsert proqramında Azərbaycan və xarici bəstəkarların musiqi əsərləri, həmçinin xalq mahnıları təqdim olunub. Onlayn konsertdə ümummilli liderə həsr olunmuş nəğməkar bəstəkarımız Ramiz Mirişlinin “Adın şöhrət, şan yerimiz” və “Məşəl kimi yanan ürək”, həmçinin İlham Abdullayevin “Heydər Ata” mahnıları da yer alıb.

Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov və Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova və digər ifaçılar, xor və rəqs qrupları ifalarını yüksək səviyyədə təqdim ediblər.

Konsert proqramı Naxçıvan Dövlət Televiziyası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazir­liyinin internet resurslarında da canlı yayımlanıb.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930