SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan televiziyasının sənədli filmi Bolqarıstanda keçirilən turizm film festivalında qalib gəlib

Naxçıvan televiziyasının sənədli filmi Bolqarıstanda keçirilən turizm film festivalında qalib gəlib
6-05-2020, 11:45

Naxçıvan televiziyasının “Azərbaycanın ürəyidir Naxçıvan” sənədli filmi Bolqarıstanda keçirilən “Avropanın Şərq Sahilində” adlı 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalında “Turizm məkanı” kateqoriyasının “Reportaj və ya sənədli film” alt-kateqoriyası üzrə qalib gəlib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin təşəbbüsü əsasında sənədli filmin ingilis dilində olan variantının namizədliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən festivalın təşkilatçılarına təqdim olunub. Təqdim olunan filmlər festivalın münsiflər heyəti tərəfindən nəzərdən keçirilib və 2020-ci il 3 may tarixində qaliblər elan olunub. “Azərbaycanın ürəyidir Naxçıvan” sənədli filmi festivalın rəsmi internet səhifəsində və “Youtube” kanalında yerləşdirilib.

Sözügedən festivalda Azərbaycanla yanaşı, Bolqarıstan, Danimarka, Xorvatiya, Sloveniya, Cənubi Afrika, Çili, Fransa, Avstriya, Norveç, Rusiya, Portuqaliya, İndoneziya, İspaniya və Yaponiya da daxil olmaqla, ümumilikdə, 24 ölkə 54 filmlə iştirak edib.

Dünyanın hər yerindən turizm istiqamətləri təqdim edən festivalın məqsədlərinə turizm məhsulları barədə videoçarxların geniş kütləyə çatdırılması, mədəni və tarixi irsin reklamına investisiya qoyulmasının stimullaşdırılması, turizm şirkətləri arasında marağın yaradılması, peşəkar audio-vizual səyahət istehsalının təşviq edilməsi, yüksək effektiv reklam üçün mühitin formalaşdırılması daxildir. Film festivalında ölkələr, bölgələr, təbiət, mədəniyyət, tarixi yerlər və muzeylər, əyləncə turları, ənənəvi adət-ənənələr və digər mövzular üzrə hazırlanmış video-çarxlar onlayn şəkildə geniş auditoriya tərəfindən izlənilib. Bu baxımdan “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmin festivalda təqdimatı muxtar diyarın mədəniyyəti, tarixi, adət-ənənələri və turizm potensialını təbliğ etməklə yanaşı, regionun zəngin irsi, mövcud tərəqqisinin Avropa məkanında tanıdılmasına şərait yaradıb.

Qeyd edək ki, “Avropanın Şərq Sahilində” adlı 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı Bolqarıstanın Turizm Nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (International Committee of Tourism Film Festivals) üzvüdür.

Naxçıvan televiziyasının sənədli filmi Bolqarıstanda keçirilən turizm film festivalında qalib gəlib

Naxçıvan televiziyasının sənədli filmi Bolqarıstanda keçirilən turizm film festivalında qalib gəlib
Naxçıvan televiziyasının sənədli filmi Bolqarıstanda keçirilən turizm film festivalında qalib gəlib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930