SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanın teatr tarixində ilk onlayn tamaşa - “Burla Xatun”-FOTO

Naxçıvanın teatr tarixində ilk onlayn tamaşa - “Burla Xatun”-FOTO
29-04-2020, 18:14

Aprelin 29-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa onlayn formada tamaşaçılara təqdim olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Tamaşada əsas rolları Azərbaycan Respublikasının Əməkdar artisti Nazlı Hüseynquliyeva (Burla Xatun), Nəsimi Məmmədzadə (Şöklü Məlik), Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy (Dədə Qorqud) ifa ediblər. Bundan əlavə, Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov və Behruz Haxverdiyev, aktyorlar Səkinə Məmmədova, Zülfiyyə Zeynalova, Mehri Nəbiyeva, Heyran Abdullayeva, Rəhman Dünyamalıyev və Səyyad Məmmədov rolları xüsusi peşəkarlıqla canlandırıblar.

Səhnə əsəri Naxçıvan Dövlət Televiziyası ilə yanaşı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında da canlı yayımlanıb. Naxçıvanda ilk dəfə onlayn olaraq təqdim edilən tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, əsərin müəllifi Nəbi Xəzri XX əsr Azərbaycan ədəbiyyatının tanınmış şair-dramaturqlarındandır. Onun mənzum dramları Azərbaycan teatrlarında dəfələrlə səhnələşdirilib. Xalq şairinin “Burla Xatun” mənzum pyesi “Kitabi-Dədə Qorqud” dastanının “Qazan xanın evinin yağmalanması” boyunun motivləri əsasında yazılıb. Əsərdə vətənpərvərlik ruhu, düşmənə nifrət hissi və Oğuz elinin qadınlarının mübarizliyi öz əksini tapıb. Müəllif Şöklü Məlik obrazı ilə Oğuz qadınları arasında gedən dialoqlar vasitəsilə güclü dramatik konflikt yarada bilib ki, bu da tamaşaya dinamiklik və emosionallıq bəxş edir.

Mənzum pyesdə Dədə Qorqud dilinin qorunub saxlanması, epik janrın estetik prinsiplərinə uyğun işlənməsi vətənpərvərlik ruhunu daha qabarıq şəkildə təqdim etməyə şərait yaradır. Sonda Burla Xatunun Şöklü Məliyə qalib gəlməsi və Dədə Qorqudun Oğuz elini vətənpərvərliyə çağırması əsərin bədii gücünü daha da artırır.

 

Rauf KƏNGƏRLİ

Naxçıvanın teatr tarixində ilk onlayn tamaşa - “Burla Xatun”-FOTONaxçıvanın teatr tarixində ilk onlayn tamaşa - “Burla Xatun”-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930