SON DƏQQƏ

naxcivanxeberleri.com

Beynəlxalq onlayn film festivalı keçiriləcək

Beynəlxalq onlayn film festivalı keçiriləcək
28-04-2020, 15:21

Dünyanın ən böyük film festivalları arasında "Youtube"da 10 günlük “We Are One: A Global Film Festival” (Biz birik: qlobal film festivalı) adlı müştərək film festivalı keçirmək barədə razılıq əldə edilib.

NAXCİVANXEBERLERİ.COM “Deadline”yə istinadən xəbər verir ki, bu layihəyə Kann, Berlin, London (BFİ), Karlovı Varı, Nyu-York, San-Sebastian, Toronto, Venesiya, habelə “Sundance” və “Tribeca” kimi nüfuzlu festivallarla yanaşı, hazırkı koronavirus pandemiyası üzündən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış başqa festivallar da qoşulub.

Mayın 29-dan iyunun 7-dək davam edəcək onlayn festival çərçivəsində həm yeni, həm də klassik filmlər nümayiş etdiriləcək. Bununla belə 2020-ci il festivalları üçün nəzərdə tutulmuş ekran əsərləri müəllif hüququnun qorunması xatirinə göstərilməyəcək.

Festivalın tamaşaçıları Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla mübarizə fonduna ianələr vermək fürsəti qazanacaqlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930