SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Eurovision Planet Magazine”: Azərbaycan yarışmanın qalibi olacaq - FOTO - VİDEO

“Eurovision Planet Magazine”: Azərbaycan yarışmanın qalibi olacaq - FOTO - VİDEO
9-04-2020, 01:41

Bir neçə həftə "Eurovision-2020" mahnı müsabiqəsində işləmiş Xuan Kalandriyadan, İvan Barbadan, Qori Kolasdan, Toni Roxasdan və Ander Himenesdən ibarət “Eurovision Planet Magazine” komandası müsabiqənin birinci yarımfinalını təhlil edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, komanda üzvləri beynəlxalq mahnı müsabiqəsində 10 ölkənin finala çılxacağını, habelə ikinci yarımfinalı analiz ediblər.

 

Komanda üzvlərinin əsas diqqəti bu həftə müsabiqənin finalına yönəlib. “Eurovision Planet Magazine” komandasının üzvləri bildiriblər ki, təhlillər zamanı komanda TOP-26-ya səs verib. Nəticələrə əsasən iştirakçılar arasında ilk beşliyə daxil olmuş Azərbaycan qalib hesab edilib. Onlar qeyd ediblər ki, növbəti yarışmada məhz Azərbaycan birinci yerə çıxacaq.

 

Komanda üzvlərinin qənaətincə, Serbiya müsabiqədə gümüş medal qazanacaq. Ən böyük favoritlərdən olan Litva isə üçüncü yerlə kifayətlənəcək. Rusiya və Almaniya TOP 5-i yekunlaşdıracaq.

Həmçinin qeyd etmək lazımdır ki, ilk onluğa düşəcək ölkələr - İsveç, İtaliya, Malta, Latviya və Yunanıstan bir-birlərindən qısa xal fərqi ilə seçilirlər.

 

Digər tərəfdən, ev sahibi Niderland şou komandasının üzvləri tərəfindən ən pis – sonuncu yer təklifi alıblar. Komanda üzvləri hesab edir ki, Niderland heç ilk onluğa da düşə bilməyəcək.

Birləşmiş Krallıq, San-Marino, Fransa və İspaniya siyahıda son beşlikdə yer alacaqlar. İspaniya da yenidən sonuncu yerdə qərarlaşacaq.

 

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçirilməli olan "Eurovision-2020" mahnı müsabiqəsi COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınıb. Buna baxmayaraq yarışma 2021-ci ildə həmin şəhərdə keçiriləcək. 

 

“Eurovision Planet Magazine”: Azərbaycan yarışmanın qalibi olacaq - FOTO - VİDEO

“Eurovision Planet Magazine”: Azərbaycan yarışmanın qalibi olacaq - FOTO - VİDEO

“Eurovision Planet Magazine”: Azərbaycan yarışmanın qalibi olacaq - FOTO - VİDEO

“Eurovision Planet Magazine”: Azərbaycan yarışmanın qalibi olacaq - FOTO - VİDEO

 

https://youtu.be/uchBCJlVBcQ

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930