SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mədəniyyət Nazirliyi fəaliyyətini karantin rejiminə uyğun tənzimləyib

Mədəniyyət Nazirliyi fəaliyyətini karantin rejiminə uyğun tənzimləyib
3-04-2020, 20:34

Mədəniyyət Nazirliyinin fəaliyyəti xüsusi karantin rejimi ilə bağlı qərara uyğun olaraq tənzimlənir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına əsasən, bununla bağlı Mədəniyyət Nazirliyinin Aparatında məsul şəxslərin və əməkdaşların növbətçilik qrafiki üzrə iş rejimi həyata keçirilir. Eyni zamanda, Nazirliyin Aparatında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrində, eləcə də aparıcı mədəniyyət müəssisələrində 30 mart tarixindən etibarən videokonfans rejimində fəaliyyət davam etdirilir. Həmçinin, sosial izolyasiya və karantin rejimi ilə bağlı fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının evdən distant iş formasında işləməsi təmin edilib.

Mədəniyyət Nazirliyi, eyni zamanda mədəni irsimizin və incəsənətimizin televiziya və internet üzərindən insanlara dolğun şəkildə çatdırılması üçün silsilə layihələr həyata keçirir.

Bu məqsədlə həyata keçirilən mədəni təşəbbüs və layihələr böyük maraqla qarşılanır. MN-nin təşəbbüsü ilə başladılan “Evdə qal, evdə yarat” kampaniyasına yaradıcı insanlarımız öz dəstəyini verir.

Nazirlik və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı tərəfindən “Bizi birləşdirən mədəniyyət” adlı telelelayihələr həyata keçirilir. Aprelin 1-dən televiziya ilə gündəlik musiqi dərsləri, Beynəlxalq Muğam Mərkəzindən tanınmış ifaçıların iştirakı ilə canlı konsert proqramlarının yayımı başlanıb. Layihə çərçivəsində uşaqlar üçün kukla, böyüklər üçün mono tamaşaların nümayişi də nəzərdə tutulur.

Martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin ödənişsiz olaraq nümayiş etdirilməsinə şərait yaradılıb. Nazirlik və telekanalların əməkdaşlığı əsasında mədəni irsimiz və incəsənətimizin digər sahələri bağlı birgə layihələr də hazırlanır.

Nazirliyin rəsmi internet saytında (mct.gov.az) və sosial şəbəkə səhifələrində mədəniyyətimizin bütün spektri ilə yaxından tanış olmaq üçün elektron resurslar, faydalı mənbələrə keçidlər var. “Uşaq musiqi və incəsənət məktəbləri tədris potalı”nda (http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi video-dərsləri yerləşdirilib.

Teatrlar fəaliyyətlərini müvəqqəti dayandırsalar da, repertuarlarından seçmə tamaşaları Youtube kanalı və sosial şəbəkə səhifələrindən nümayiş etdirirlər. Kitabxanalarımızın zəngin elektron resurslarından istifadə imkanları, onlayn xidmətləri bu günlər daha da genişləndirilir.

İnsanlar evlərində oturub muzeylərimizin ekspozisiyalarını virtual ziyarət edə, mədəni irsimizlə bağlı onlayn mühazirələr dinləyə, maraqlı məlumatlar ala bilərlər. Mədəniyyət qoruqlarını internet virtual ziyarət imkanları da mövcuddur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930