SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əbülfəs Qarayev: "Geniş islahatlar aparılacaq, ancaq kimlərinsə işdən çıxarılmasından söhbət gedə bilməz"

Əbülfəs Qarayev:
8-02-2019, 12:53 251 dəfə baxılıb

Mədəniyyət naziri Əbülfəs Qarayev Tovuz rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Mədəniyyət Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən xəbərə görə, görüş fevralın 8-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Nazir qəbuldan sonra mətbuata açıqlamasında yerlərdə vətəndaşlarla bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində əhəmiyyətini bir daha diqqətə çatdıraraq bildirib ki, budəfəki görüşdə sakinlərin musiqi məktəblərinin işinin gücləndirilməsi, yeni fənlərin tədris olunması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanın icrası barədə də danışıb. O vurğulayıb ki, fərmana uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq: "Bu zaman, ilk növbədə, insan faktoru diqqətdə saxlanılacaq, insanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət sahəsində işlərin təkmilləşdirilməsinə, müasir texnologiyaların tətbiqinə, xidmətin səviyyəsinin yüksəldilməsinə xidmət edir".(Report)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728