SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: “Eurovision” təşkilatçıları mahnı müsabiqəsini ləğv etdi

KİV: “Eurovision” təşkilatçıları mahnı müsabiqəsini ləğv etdi
18-03-2020, 15:20

“Eurovision 2020” mahnı müsabiqəsi Avropada koronavirus pandemiyasının yayılması səbəbindən ləğv edilib.

NAXCİVANXEBERLERİ.COM bir sıra xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatçıların bununla bağlı martın 19-da rəsmi məlumat verəcəyi gözlənilir.

Ehtimal olunur ki, iştirakçılar gələn il artıq bu il üçün elan edilmiş təmsilçiləri ilə çıxış edəcəklər. Həmçinin yarışmaçılar bu il müsabiqə üçün hazırlanan mahnılardan istifadə edə bilməzlər.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılırdı.

Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil etməlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930