SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Belarusda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunur-FOTO

Azərbaycan Belarusda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunur-FOTO
7-02-2019, 14:47 250 dəfə baxılıb

Belarusun Minsk şəhərində ənənəvi XXVI beynəlxalq kitab sərgi-yarmarkası açılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı Səfirliyindən məlumat yayılıb.Məlumata görə 6-10 fevral 2019-cu il tarixlərində keçiriləcək kitab sərgi yarmarkasında dünyanın bir sıra ölkələrindən 360-dan çox nəşriyyat və kitab evi iştirak edib. Sərgi-yarmarkada Azərbaycanın Mədəniyyət Nazirliyi və ölkəmizin Belarusdakı səfirliyinin dəstəyi ilə milli stend qurulub.

Açılış mərasimində Belarusun informasiya naziri Aleksandr Karlyukeviç, Rusiya Prezidentinin Beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya-Belarus İttifaq Dövlətinin dövlət katibi Qriqori Rapota, MDB-nin icraiyyə komitəsinin sədrinin birinci müavini Viktor Quminski çıxış ediblər. Sərgidə Qazaxıstan, Rusiya, Çin, Koreya, Finlandiya və Almaniya böyük ekspozisiyalarla təmsil olunub.

Azərbaycanın stendi tərtibatı və kitabların çeşidinə görə sərginin mühüm stendlərindən biri kimi maraq doğurub. Stenddə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın bugünkü həyatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, həmçinin ölkəmizin tarixi ilə bağlı mühüm kitablar sərgilənir. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli stendimizi ziyarət edənlərə turizm imkanlarımız, mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz, müasir ədəbiyyatımız haqqında geniş məlumat verilir, onlara jurnal, informasiya bukletləri paylanılıb. Stendi ziyarət edən Rusiya Prezidentinin Beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın milli stendində nümayiş etdirilən kitablarla yaxından maraqlanıb.


Azərbaycan Belarusda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunur-FOTO
Azərbaycan Belarusda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunur-FOTO
Azərbaycan Belarusda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunur-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728