SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Muzeylərdə tarixi və əlamətdar günlərlə bağlı sərgilərin qurulmasının təşkili” mövzusunda seminar-treninq keçirilib

“Muzeylərdə tarixi və əlamətdar günlərlə bağlı sərgilərin qurulmasının təşkili” mövzusunda seminar-treninq keçirilib
13-03-2020, 22:31

Martın 13-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Muzeylərdə tarixi və əlamətdar günlərlə bağlı sərgilərin qurulmasının təşkili” mövzusunda seminar-treninq keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirakı ilə keçirilən seminar-treninqi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova açaraq muxtar respublikada tariximizi əks etdirən materialların qorunması və təbliği işində muzeylərin rolundan danışmışdır. Qeyd olunmuşdur ki, zəngin mədəniyyət ocaqları olan muzeylər xalqımızın keçmiş yaşayış tərzini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötürərək mədəni irsimizin qorunması və təbliğində əvəzsiz rol oynayır.

Qumral Əsədova diqqətə çatdırmışdır ki, ölkəmizdə muzeylər şəbəkəsinin formalaşdırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin rəhbərliyi illərində  muzey işi ilə bağlı mühim tədbirlər həyata keçirilmiş, muzey sahəsində dövlət siyasətinin əsas prinsipləri, dövlətin vəzifələri, muzeylərin hüquqları və muzey fondları ilə bağlı məsələlər müəyyənləşdirilmiş, muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsasları tənzimlənmişdir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli Sərəncamı muzey sahəsinin inkişafına böyük töhfələr verir.

Tədbirin davamında Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədlinin “Sərgilərin qurulmasında muzey əməkdaşlarının rolu” və qelereyanın bələdçisi Tomris Cəlilovanın “Sərgilərin qurulmasında muzey fondlarından istifadə qaydaları” mövzularında çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, muzeylər elmi-tədqiqat müəssisəsi olmaqla yanaşı, həm də öz fəaliyyəti istiqamətində müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirir. Bu tədbirlər arasında sərgilərin qurulması da özünəməxsus yer tutur. Belə ki, tarixi və əlamətdar günlərlə, görkəmli şəxslərin həyat və fəaliyyəti ilə bağlı qurulmuş sərgilər tamaşaçılar və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanır. Muzeylərin ekspozisiya və fond otaqlarında mühafizə olunan eksponatlardan hazırlanmış sərgilər həm də muzeyin ekspozisiyasında sərgilənməyən eksponatların da müəyyən müddət ərzində nümayiş etdirilməsinə imkan verməklə yanaşı, həm də əks etdirdiyi tarixi və əlamətdar günlərlə bağlı əyani şəkildə dolğun təəssürat yaradır.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Dövlət Rəsm Qalereyasının ekspozisiyasına baxış keçirildikdən sonra tədbirə yekun vurulub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930