SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhəri üzrə piyada marşrutu əsasında ekskursiya keçirilib-FOTO

Naxçıvan şəhəri üzrə piyada marşrutu əsasında ekskursiya keçirilib-FOTO
7-03-2020, 11:03

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Turizm Departamentinin hamiliyinə verilmişdir. Adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsi və təcrübəli kadr kimi formalaşdırılması məqsədilə Departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, müəyyən edilmiş vaxtlarda tələbələrin Departamentdə və Departamentin tabeliyindəki müəssisələrdə, eləcə də muxtar respublikada fəaliyyət göstərən mehmanxanalarda və turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təmin olunur, onların muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilir. Tələbələrin peşə hazırlığını yüksəltmək və turizm fəaliyyətində birbaşa iştiraklarını təmin etmək məqsədilə “Turizm könüllüsü” layihəsi həyata keçirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər  verir ki, keçirilən tədbirlərin davamı olaraq 6 mart 2020-ci il tarixdə Naxçıvan şəhəri üzrə piyada marşrutunun proqramına əsasən “Turizm könüllüsü” layihəsi iştirakçıları üçün ekskursiya təşkil olunmuşdur.

Proqrama əsasən könüllülər ilk olaraq Heydər Əliyev Muzeyində olmuşlar.  Burada onlara görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən  kitab, qəzet və jurnallar, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər haqqında ətraflı məlumat verilmişdir. ümummilli liderin həyatı və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Vurğulanmışdır ki, Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlar dahi rəhbərin mənalı həyat yolu, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyəti haqqında dolğun təsəvvür yaradır.

Naxçıvan Dövlət Xalça Muzeyində iştirakçılara məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Muzey 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Muzeydə Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür.

Daha sonra marşrutun proqramına əsasən ekskursiya iştirakçıları Cəmşid Naxçıvanski Muzeyi, Naxçıvan Turizm İnformasiya Mərkəzi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olmuş, muxtar respublikamızın zəngin turizm potensialı, eləcə də xalqımızın tarixi, mədəniyyəti, milli dəyərləri, görkəmli şəxsiyyətləri haqqında məlumatlarla yaxından tanış olmuşlar.

Proqramın sonunda iştirakçılar Xatirə Muzeyinə gəlmiş, burada Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin şərəfli ömür yolu haqqında iştirakçılara ətraflı məlumat verilmişdir.

Ekskursiya zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmış və ekskursiyanın təşkili qaydaları əyani nümayiş etdirilmişdir.

 






Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930