SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muzeylərdə tariximiz təbliğ olunur

Muzeylərdə tariximiz təbliğ olunur
7-03-2020, 10:46

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Muzey Günləri”nin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən, muxtar respublikadakı, o cümlədən rayonumuzdakı muzeyləri ziyarət davam edir. Tariximizi keçmişimizin güzgüsü olan muzeylərdən öyrənmək istəyən rayon sakinləri muzeyləri ziyarət edib, əcdadlarımızdan bizə miras qalmış eksponatlarla tanış olurlar. “Muzey günləri”nin keçirilməsinin davamı olaraq hər ayın sonuncu həftəsi rayonun bir sıra idarə, müəssisə və təşkilat kollektivləri bu məkanı ziyarət edirlər. Bu günlərdə Tarix-Diyarşünaslıq muzeyinin qonaqları rayon Məhkəməsinin, Prokurorluğunun, Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin kollektivi olmuşdur. Muzeyin ekspozisiyası haqqında qonaqları bələdçi Nurşən İbrahimova məlumatlandırıb. Kollektivlər muzeydə yaradılan müxtəlif bölmələrdə nümayiş etdirilən eksponatlara böyük maraq göstəriblər.

Qonaqlar qədim muzey eksponatları ilə yanaşı, həm də müasir dövrümüzün böyük şəxsiyyətləri, şair və yazıçıları, torpaq uğrunda canından keçən qəhrəman vətən oğulları haqqında da geniş məlumat verilib. Muzeydə son illərdə yaradılan bir neçə bölmədə xalqın tarixində əbədiləşən insanların xatirə hədiyyələri, onlara məxsus əşyalar sərgilənir. İllər keçdikcə muzeyin eksponat baxımından zənginləşdirilməsi tarixin dərin qatlarından gələn izlərin də öyrənilməsinə imkan verir. Bu isə bu günə qədər sirr olan həqiqətlərin üzə çıxarılmasına, təbliğ olunmasına səbəb olur. Muzeyin eksponatlartla zənginləşməsində rayon sakinlərinin rolunun böyük olduğunu vurğulayan bələdçi bildirib ki, tarix-diyarşünaslıq muzeyinə təqdim olunan yeni eksponatlar muzeyin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verib. Eyni zamanda, təqdim edilən eksponatlar muzey işinin səmərəli təşkilinə də töhfəsini verib.

*** “Muzey günləri”nin keçirilməsinə xüsusi diqqət yetirilməsi tarixi şəxsiyyətlərin, böyük yazıçıların, unudulmaz qələm sahiblərinin irsinin öyrənilməsinə, yaradıcılığının təbliğinə də öz təsirini göstərir. Şahbuz rayonunun Nursu kəndində fəaliyyət göstərən Məmməd Arazın Ev Muzeyini Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin, Statistika idarəsinin və Kommunal Müəssisələr Kombinatının kollektivləri ziyarət ediblər. Muzeyin bələdçisi qonaqlara şairin yaradıcılığını özündə əks etdirən müxtəlif nümunələr haqqında maraqlı fikirlər söyləyib, burada qorunan əşyaların, xatirə şəkillərinin tarixi haqqında danışaraq Məmməd Araz yaradıcılığına nəzər salınıb. Sonda bələdçi qonaqları maraqlandıran sualları da ətraflı cavablandırıb.

Hicran

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930