SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Kəngərli rayonunda konserti olub

Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Kəngərli rayonunda konserti olub
15-02-2020, 15:52

Fevralın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kəngərli Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş konserti olub.

Qeyd edək ki, filarmoniyada Muğam studiyası uzun illərdir ki, fəaliyyət göstərir. Studiyanın tərkibində tanınmış xanəndələrlə yanaşı gənc muğam ifaçıları da bu sənəti yaşadır və təbliğ edirlər. Muğam studiyasına İlqar Hüseynov rəhbərlik edir. Muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığını və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. Xalqımızın yaratdığı bu sənət nümunəsi zənginliyi, ucalığı, kamilliyi, müdrikliyi, hikməti, əbədiyaşarlığı ilə insanı düşündürür. Təsadüfi deyil ki, 2002-ci ildə UNESKO tərəfindən muğam sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısına salınmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konsertdə əvvəlcə Muğam tudiyasının ifasında “Turacı” rəqsi səsləndirilib.

İstedadlı müğənni Məhərrəm Quliyevin ifasında “Şur” təsnifləri və xalq mahnısı “Aman təklik əlindən” səsləndirildikdən sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova “Bayatı-qacar” və “Dilkeş” təsnifllərini ifa etmişdir.

İstedadlı müğənni Bəhruz Quliyevin ifa etdiyi xalq mahnısı “Duy-duy” və Nərmin Hüseynovanın səsləndirdiyi “Segah” təsnifləri alqışlarla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin ifasında “Zəbul” təsnifləri də konsertə xoş əhval-ruhiyyə gətirmişdir.

Konsertdə xalq mahnıları ilə yanaşı, bəstəkar mahnıları da səslənmiş və tamaşaçılarda xoş ovqat yaratmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının bir saatdan artıq davam edən konserti rayon sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829