SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərs keçirilib

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərs keçirilib
23-01-2020, 21:55

Yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Vənənd Kənd Uşaq Musiqi Məktəbində müəllim və şagirdlər üçün ustad dərsləri təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təhsil müəssisələri ilə iş üzrə baş məsləhətçisi Leyla Əlimərdanova uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışaraq bildirib ki, ustad dərslərin keçirilməsi tədrisin səviyyəsinin daha da yüksəldilməsi, müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır. Ustad dərslərdə şagirdlərə musiqinin incəlikləri öyrədilir və onları maraqlandıran məsələlərə aydınlıq gətirilir.

Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin direktoru Elşən Xəlilov, fortepiano ixtisası üzrə Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Aynur Rəcəbova, kamança ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Məmməd Xəlilov, qarmon ixtisası üzrə musiqi kollecinin müəllimi Elşən İsmayılov, saz ixtisası üzrə isə Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidov ustad dərsləri keçiblər.

Elşən Xəlilov dərs zamanı bildirib ki, şagirdin bir musiqiçi kimi yetişməsində ixtisas müəlliminin rolu böyükdür. Müəllim tədris prosesində tar musiqi alətində çalmağı öyrədərkən şagirdə təcrübə vərdişlərini də aşılamalı, onlara yaradıcı mövqedən yanaşmalıdır.

Fortepiano ixtisası üzrə ustad dərsi aparan Aynur Rəcəbova əsərlər üzərində təhlil göstərib və məktəbin müəllimlərinə metodiki tövsiyələr verib.

Kamança ixtisası üzrə keçirilən ustad dərsində Məmməd Xəlilov bu qədim musiqi aləti haqqında geniş məlumat verdikdən sonra kamançada ifa olunan əsərlər haqqında şagirdləri məlumatlandırıb.

Qarmon ixtisası üzrə ustad dərsi keçən Elşən İsmayılov qarmon alətində ifa olunan milli musiqi janrlarının xüsusiyyətlərini izah edib. Bildirib ki, ki, bu dərslərin tədrisi zamanı şagirdlərin kollektiv və ya fərdi ifaya üstünlük vermələri də nəzərə alınmalıdır.

Saz ixtisası üzrə keçirilən dərsdə İxtiyar Seyidov vurğulayıb ki, bir sıra musiqi alətləri kimi saz dərslərinin tədrisi zamanı da şagirdə təcrübə vərdişləri aşılamaq və onlara fərdi mövqedən yanaşmaq lazımdır.

Dərslər başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829