SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda “İmadəddin Nəsimi - 650” adlı kitab sərgisi açılacaq

Bakıda “İmadəddin Nəsimi - 650” adlı kitab sərgisi açılacaq
26-01-2019, 19:43 211 dəfə baxılıb

Yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi - 650” adlı geniş kitab sərgisi açılacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, kitabxanadan verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında imzaladığı müvafiq sərəncamlara əsasən təşkil ediləcək.

Sərgidə Nəsiminin əsərləri, əlyazmaları, daşbasma kitabları və haqqında işıq üzü görən elmi, publisist kitab və məqalələr nümayiş ediləcək.

Sərgi il ərzində ictimaiyyətə açıq olacaq.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728