SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz Şəhər Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib

Şahbuz Şəhər Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
30-12-2019, 18:42

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazırliyinin iş planına əsasən mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədris ilinin birinci yarısının yekunlaşması ilə əlaqədar olaraq hesabat konsertləri təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 29 dekabr tarixdə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Şahbuz Şəhər Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbinin direktoru Elcan Müzəffərli açaraq konsert iştirakçılarını salamlamış, tədris ili ərzində məktəbdə görülən işlər və yaradılan yeni kollektivlərin fəaliyyəti haqqında məlumat vermişdir.

Sonra məktəbin müəllim və şagirdlərinin iştirakı ilə konsert keçirilmişdir Konsertdə kollektivinin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların xoru”, Xalq çalğı alətləri ansamblının ifasında Azərbaycan xalq mahnısı “Bəri bax”, sazçalanlar ansamblının ifasında saz havası “Ovşarı”, nağaraçalanlar ansamblının ifasında “Azərbaycan ritmləri” və müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlərin ifasında rəngarəng əsərlər səsləndirilmişdir.

Sonda tədris ili ərzində fərqlənən şagirdlər fəxri fərman və müxtəlif hədiyyələrlə mükafalandırılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829