SON DƏQİQƏ

naxcivanxeberleri.com

İrəvan xanlığı haqqında film çəkilir - Filmdə DÜNYA ULDUZLARI da iştirak edəcək

İrəvan xanlığı haqqında film çəkilir - Filmdə DÜNYA ULDUZLARI da iştirak edəcək
24-01-2019, 21:28 368 dəfə baxılıb

"Run Group" şirkətinin media layihəsi olan "Run Film" şərti adı "İrəvan xanlığı" olan tarixi janrda bədii filmin çəkilişi üçün hazırlıqlara başlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, filmin istehsalı üçün xaricdən ən müasir texniki avadanlıqlar gətiriləcək. "İrəvan xanlığı" filminin ərsəyə gəlməsi üçün bir sıra ölkələrin, o cümlədən, Türkiyə, İran, İsveç, İsrail və ABŞ-dan şirkətlər cəlb olunacaq. Bununla bağlı artıq müvafiq müqavilələr də bağlanıb.

Növbəti mərhələdə böyük bir ərazidə İrəvan qalasının maketi qurulacaq, eyni zamanda müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihə əsasında böyük pavilyonda İrəvandakı xan sarayının identik modeli inşa ediləcək.

Filmin baş prodüseri Rəşad Cəfərov, baş rejissoru isə Namiq Ağayevdir. Filmdə tanınmış azərbaycanlılarla yanaşı, bir sıra tanınmış əcnəbi aktyorlar da rol alacaq. Onların arasında Hollivud ulduzlarının olacağı istisna deyil.

"İrəvan xanlığı" filmində yanlışlıqlara yol verilməməsi və onun ən yüksək səviyyədə hazırlanması məqsədilə "Run Film" bir sıra müvafiq dövlət qurumları və elmi təsisatlarla sıx əməkdaşlığını davam etdirəcək.

Tarixi janrda ərsəyə gələcək bədii filmdə 15-20 min nəfərlik kütləvi döyüş səhnələri də yer alacaq. Həmin kadrlar kompüter qrafikasının köməyi ilə deyil, canlı olaraq, real insanların iştirakı ilə çəkiləcək.

Film Cənubi Qafqazda baş verən tarixi həqiqətlərin dünyaya çatdırılmasına və erməni yalanlarının ifşa edilməsinə kömək edəcək.

Filmin yaradıcıları İrəvan qalasının və xanlığının yaranması tarixçəsini, onun Azərbaycanın digər xanlıqları və xarici dövlətlərlə münasibətlərini geniş əks etdirmək, erməni məsələsinin üstündən isə bir-iki məqamla keçmək niyyətindədirlər. Çünki ermənilərin İrəvana və İrəvan xanlığına, ümumiyyətlə bu bölgəyə heç bir aidiyyətı yoxdur. Ona görə də filmdə erməni məsələsi çox qabardılmayacaq, lakin onların həmin ərazilərə, yəni indiki Ermənistana Rusiya İmperiyası tərəfindən digər yerlərdən köçürüldüyü və erməni xisləti ilə bağlı digər məsələlər mütləq yer alacaq.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728