SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cəmşid Naxçıvanski Muzeyinin yaradılmasının 38-ci ildönümünə həsr olunmuş tədbir keçirilib-FOTO

Cəmşid Naxçıvanski Muzeyinin yaradılmasının 38-ci ildönümünə həsr olunmuş tədbir keçirilib-FOTO
16-12-2019, 22:47

Dekabrın 16-da Cəmşid Naxçıvanski Muzeyində muzeyin yaradılmasının 38-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərin əməkdaşlarının, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının və Cəmşid Naxçıvanski adına Naxçıvan şəhər 11 №-li tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev açaraq bildirmişdir ki, yurdumuzun şanlı tarixinə adını qızıl hərflərlə yazmış elə nəsillər, elə sərkərdələr olub ki, onlar öz mərdliyi, igidliyi ilə vətənimizin azadlığına, müstəqilliyinə mühüm töhfələr veriblər. Azərbaycanın hərb tarixində görkəmli rol oynamış belə sərkərdələrdən biri də milli hərb tariximizə 6 general bəxş etmiş Kəngərlilər nəslinin sonuncu generalı Cəmşid xan Naxçıvanskidir.

Ölkəmizin müstəqilliyi və suverenliyi yolunda misilsiz xidmət göstərən qəhrəmanın həyatından geniş məlumat verən Abasət Nuriyev Cəmşid Naxçıvanski Muzeyinin yaradılması və fəaliyyətindən də söhbət açıb.

Vurğulanıb ki, 1981-ci ilin avqustunda ümummilli lider Heydər Əliyev yığıncaqda Cəmşid Naxçıvanskinin 85 illik yubileyinin keçirilməsi, generalın vətənində - Naxçıvan şəhərində onun ev muzeyinin yaradılması haqqında qərar qəbul edir. Ümummilli liderin siyasi məktəbinin davamçıları bu gün onun yolunu uğurla davam etdirirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2 aprel 2015-ci il tarixli Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 09 aprel 2015-ci il tarixli Sərancamı Naxçıvanskilərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində Cəmşid Naxçıvanskinin Ev Muzeyi kimi fəaliyyət göstərən ata evi əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra sentyabr ayının 23-də istifadəyə verilib.

Sonra “Naxçıvan” Universitetinin müəllimi, tədqiqatçı Rəna Qurbanova çıxış edərək görkəmli sərkərdənin şərəfli ömür yolu haqqında geniş məlumat verib.

Cəmşid Naxçıvanski Muzeyinin baş fond mühafizi-elmi işçisi Gülnaz Hüseynova muzeyin fəaliyyətindən, Cəmşid Naxçıvanski irsinin yaşadılması, gələcək nəsillərə çatdırılması işində əvəzsiz rolundan bəhs edib.

Tədbirin davamında Heydər Əliyev adına Hərbi Lisey kursantlarının və məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilib.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olub.


Cəmşid Naxçıvanski Muzeyinin yaradılmasının 38-ci ildönümünə həsr olunmuş tədbir keçirilib-FOTOCəmşid Naxçıvanski Muzeyinin yaradılmasının 38-ci ildönümünə həsr olunmuş tədbir keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031