SON DƏQİQƏ

naxcivanxeberleri.com

İTV "Eurovision-2019" üçün mahnı qəbulu elan edib

İTV
24-01-2019, 12:45 348 dəfə baxılıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2019" üçün mahnı qəbulu elan edib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.

Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya bu ilin mayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək "Eurovision 2019" mahnı müsabiqəsində ölkənin təmsil olunacağı mahnı seçiminə dair şərtləri də açıqlayıb.

Şirkət bununla bağlı həm yerli, həm də xarici bəstəkarlara müraciət edib. Müraciətdə qeyd olunub ki, söz yazarları və bəstəkarlar müsabiqə üçün göndərəcəkləri musiqi və mətni “MP3” versiyasında təqdim etməlidirlər: "Göndərilən mahnının xronometrajı "Eurovision" mahnı müsabiqəsinin təşkilatçısı - Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə uyğun şəkildə maksimum 3 dəqiqə təşkil etməlidir. Mahnı 2018-ci ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Seçim turuna təqdim edilən mahnı, digər musiqiçilərin “cover” mahnıları ola bilməz, həm musiqi, həm də mahnıda musiqi alətlərinin istifadəsi original olmalı, musiqi bir-birini təkrarlamamalıdır. Mahnı seçimi turunda iştirak edən hər kəs özü haqqında məlumat da yollamalıdır”.

“Eurovision - 2019” üçün mahnı seçimində iştirak etmək istəyənlər öz ərizələrini bu gündən etibarən eurovision2019@gmail.com ünvanına göndərə bilərlər.

Mahnı seçimi ilə bağlı ərizələrin qəbulu 7-fevral 2019-cu il tarixində yekunlaşacaq.

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”nın rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728