SON DƏQİQƏ

naxcivanxeberleri.com

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurslar davam edir

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurslar davam edir
11-12-2019, 22:18

Dekabr ayının 10-da Babək Rayon Zeynəddin Kənd Uşaq Musiqi Məktəbində müəllimlər üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kurs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, kursu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Leyla Əlimərdanova uşaq musiqi məktəblərində tədris olunan musiqi ədəbiyyatı, solfecio və xor fənlərinin şagirdlərin bilik səviyyəsinin, musiqi duyumunu və dünyagörüşünün formalaşması istiqamətində vacib olduğunun bildirmişdir. Metodiki kursların keçirilməsində əsas məqsəd bu fənni tədris edən müəllimlərə müəyyən istiqamət göstərərək, məktəblərdə tədrisin daha da səmərəli təşkilindən ibarətdir.

Sonra Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Ülviyyə Sadıqlı solfecio fənni üzrə metodiki dərs keçərək, musiqi məktəblərində solfecio fənninin tədrisi zamanı şagirdlərə nəzəri biliklərlə yanaşı musiqi duyumunun inkişafı üçün solfecio oxuma və musiqili imlaların yazılmasının əsas şərtlərdən biri olduğunu qeyd etmişdir.

Naxçıvan Musiqi Kollecinin müəllimi Rühiyyə Dünyamalıyeva müəllimlərə musiqi ədəbiyyatı fənni üzrə tədris proqramı əsasında mühazirələrin hazırlanması qaydalarını izah edərək, eyni zamanda tədris zamanı şagirdlərin musiqi ədəbiyyatı ilə yanaşı müxtəlif xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklərin də əldə edilməsinin vacib olduğunu qeyd etmişdir. Musiqi ədəbiyyatı dərslərində musiqi nömrələrinin dinlənilməsinin də ən vacib amillərdən birinin olduğunu bildirən Ruhiyyə Dunyamalıyeva proqram əsasında tərtib olunmuş testlərdən də istifadə etməyi məsləhət görmüşdür .

Naxçıvan Şəhər S.Rəcəbov adına Uşaq Musiqi Məktəbinin müəllimi Möhtərəmə Qafarova xor fənninin tədrisi, kollektivinin yaradılması və uşaqlarda səsin inkişaf olunması üçün görüləcək işlərdən danışmışdır. Tədris zamanı uşaqlar üçün yazılmış xor əsərlərinə daha çox müraciət etməyi məsləhət görmüşdur. Xorda səslərin düzgün seçilməsinin ən vacib amillərdən biri olduğunu qeyd etmişdir

Metodik dərslərin sonunda mövzular müzakirə edilmiş və suallar cavablandırılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829