SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilib-FOTO

Rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilib-FOTO
30-11-2019, 11:25

Noyabrın 29-da Naxçıvan Dövlət Rəsm Qalereyasında Rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə tabe müəssisələrin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri və Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, bu gün Nazirliyin təşkilatçılığı ilə Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlərdən birincisi keçirilir. O, muxtar respublika rəhbərliyi tərəfindən yaradıcı şəxsiyyətlərə göstərilən dövlət qayğısından, yaradılmış şəraitdən danışmışdır. Q.Əsədova qeyd etmişdir ki, 1982-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası Azərbaycan eləcə də, Naxçıvan rəssamlıq məktəbinin nümayəndələrinin yaratdığı dəyərli rəsm əsərlərini qoruyub saxlamaq, təbliğ etmək və gələcək nəsillərə ötürülməsinə xidmət etməklə yanaşı, həmin rəssamların yaradıcılığının daha da dərindən öyrənilməsi sahəsində də işlər aparır. Qalereyanın fondunda 70-dən çox rəssamın 400-ə yaxın əl işi mühafizə olunur. Bu gün mərhum rəssam Qədirulla Bağırova həsr olunmuş tədbir iştirakçıların, o cümlədən tələbələrin rəssamın həyatını və yaradıcılığını, onun yaratdığı ölməz sənət əsərlərini daha da dərindən öyrənməsinə şərait yaradır.

Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli rəssamın həyat və yaradıclığından bəhs edərək bildirib ki, Qədirulla Bağırov 15 avqust 1949-cu ildə Şahbuz rayonunun Nursu kəndində anadan olmuş, 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. XX əsrin 80-ci illərində Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında rəssam kimi fəaliyyət göstərmişdir. Rəssam SSRİ Rəssamlar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Muxtar Respublika Rəssamlar Birliyinin üzvü olmuşdur. 1999-cu ildə B.Kəngərli adına sərgi salonunda rəssamın 50 illik yubileyi təşkil olunmuş, 2009-cu ildə isə 60 illik yubleyi ilə əlaqədar fərdi sərgisi keçirilmişdir. Qədirulla Bağırov 2013-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir. 2014-cü ildə ölümündən sonra onun 65 illik yubileyi ilə əlaqədar xatirə sərgisi təşkil olunmuşdur.

Tədbirdə rəssamın sənət dostları-Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssamın övladları- Ülviyyə Məmmədova və Hüseyn Bağırsoy çıxış edərək Qədirulla Bağırovla bağlı xatirələrini bölüşüblər.

Sonda Qədirulla Bağırovun əsərlərindən ibarət sərgiyə baxış olub.


Rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilib-FOTORəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilib-FOTO
Rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031