SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Şahbuzda konserti olub

Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Şahbuzda konserti olub
29-11-2019, 21:10

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, noyabrın 29-da Şahbuz Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti olub.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmiş, Tədbirlər Planında muxtar respublikanın 95 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Vurğulanmışdır ki, filarmoniyada Muğam studiyası uzun illərdir ki, fəaliyyət göstərir. Studiyanın tərkibində tanınmış xanəndələrlə yanaşı gənc muğam ifaçıları da bu sənəti yaşadır və təbliğ edirlər. Muğam studiyasına İlqar Hüseynov rəhbərlik edir. Muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığını və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. Xalqımızın yaratdığı bu sənət nümunəsi zənginliyi, ucalığı, kamilliyi, müdrikliyi, hikməti, əbədiyaşarlığı ilə insanı düşündürür. Təsadüfi deyil ki, 2002-ci ildə UNESKO tərəfindən muğam sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısına salınmışdır.

Konsertdə əvvəlcə istedadlı müğənni Məhərrəm Quliyev “Segah” təsniflərini ifa etdikdən sonra xalq mahnısı “Əlimdə sazın qurbanı” mahnısını səsləndirmişdir. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova “Bayatı-qacar” təsnifllərini ifa etmişdir. Daha sonra müğənninin ifasında“Segah” təsnifləri səsləndirilmişdir.

İstedadlı müğənnilər Bəhruz Quliyevin ifa etdiyi Qulu Əsgərovun “İlk eşqim” mahnısı və Habil Qasımovun səsləndirdiyi “Şur” təsnifləri alqışlarla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin ifasında “Zabul” təsnifləri də konsertə xoş əhval-ruhiyyə gətirmişdir.

Konsertdə xalq mahnıları ilə yanaşı, bəstəkar mahnıları da səslənmiş və tamaşaçılarda xoş ovqat yaratmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının bir saatdan artıq davam edən konserti rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031