SON DƏQİQƏ

naxcivanxeberleri.com

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilib

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilib
14-11-2019, 21:28

Noyabrın 14-də Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində müəllimlər üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kurs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, kursu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Leyla Əlimərdanova bildirmişdir ki, uşaq musiqi məktəblərində tədris olunan musiqi ədəbiyyatı, solfecio və xor fənlərinin tədrisi zamanı müəllim üçün ən vacib amil, şagirdlərin bilik səviyyəsini, musiqi duyumunu və dünyagörüşünü zənginləşdirməkdir. Şagirdlərin həm dünya, həm də Azərbaycan musiqi ədəbiyyatı ilə tanışlığı onların musiqi tərbiyəsinin formalaşmasında və hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Dərs prosesində musiqi nömrələrini dinləmək ən əsas şərtlərdən biri olmalıdır. Metodiki kursların keçirilməsində əsas məqsəd bu fənni tədris edən müəllimlərə müəyyən istiqamət göstərərək, məktəblərdə tədrisin daha da səmərəli formada inkişafina nail olmaqdır.Sonra Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Ülviyyə Sadıqlı solfecio fənni üzrə metodiki dərs keçmişdir. Bildirmişdir ki, musiqi məktəblərində solfecio fənninin tədrisi zamanı şagirdlərə major-minor sistemi və nəzəri biliklərlə yanaşı Azərbaycan ladlarının öyrənilməsi, solfecio oxuma və imla yazmaq əsas şərtlərdən olmalıdır.

Naxçıvan Musiqi Kollecinin müəllimi Rühiyyə Dünyamalıyeva müəllimlərə musiqi ədəbiyyatı fənni üzrə tədris proqramı əsasında mühazirələrin hazırlanması qaydalarını izah edərək, eyni zamanda tədris zamanı şagirdlərin musiqi ədəbiyyatı ilə yanaşı müxtəlif xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklərin də əldə edilməsinin vacib olduğunu qeyd etmişdir.

Naxçıvan Musiqi Kollecinin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mahirə Əsgərova xor fənninin tədrisi və kollektivinin yaradılması mövzusunda məlumat vermişdir. Tədris zamanı uşaqlar üçün yazılmış xor əsərlərinə daha çox müraciət etməyi məsləhət görmüşdür.

Metodik dərslərin sonunda mövzular müzakirə edilmiş və suallar cavablandırılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829