SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muzey fondları zənginləşdirilir

Muzey fondları zənginləşdirilir
13-11-2019, 18:57

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən muzeylərə müxtəlif maddi-mədəniyyət nümunələri hədiyyə edilib. NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu münasibətlə Xan Sarayında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, cari ilin ötən dövrü ərzində muxtar respublikanın muzeylərinə 2044 yeni eksponat daxil olub. Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən muzeylərə hədiyyə edilən eksponatlar Naxçıvan Dövlət Tarix Muzeyinin, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin və digər muzeylərin ekspozisiyasında sərgilənəcək.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat –inspeksiya idarəsinin rəisi, polkovnik Rəşad Seyidov qeyd edib ki, Nazirliyin əməkdaşları tərəfindən əhali arasında hüquqi-maarifləndirmə tədbirləri aparılıb. Nəticədə vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilən 18 müxtəlif adda qədim əşya, 6 tüfəng, 1 tapança və patrondaş muzeylərə hədiyyə edilib.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031