SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclərin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub

Gənclərin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub
8-11-2019, 21:07

Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “9 noyabr – Dövlət Bayrağı Günü” münasibətilə Nazirliyin tabe müəssisələrində çalışan və nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan gənclərin Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi İlkin Cabbarov giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun milli bayrağı - Dövlət bayrağıdır. Azərbaycanın üçrəngli bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyun ayının 24-də Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən, üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət bayrağı kimi qəbul olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq aypara və səkkizguşəli ulduz qalmaqla üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayraqla əvəz edilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilmişdir. “Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılmışdır”, – deyən İlkin Cabbarov bildirmişdir ki, həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti vəsatətə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə hər il “Dövlət Bayrağı Günü” kimi təntənə ilə qeyd olunur.

Bildirilmişdir ki, milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Daha sonra gənclər muzeylə tanış olmuşlar. Burada gənclərə məlumat verilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış, 2014-cü il noyabrın 17-də fəaliyyətə başlamışdır. Muzeydə XIX əsrə aid Kəngərli süvari dəstəsinin döyüş bayrağı, XII əsr Eldənizlər dövlətinin bayrağının, Naxçıvan xanlığının gerbi və bayrağının, Kəngərli süvarilərinin fəxri bayrağının, Naxçıvan qəzasının gerbinin, Naxçıvan bəy drujinasının bayrağının, Naxçıvanda zərb olunmuş sikkələrin fotosurətləri, eləcə də müxtəlif dövrlərə aid dövlət bayraqları və digər dəyərli eksponatlar nümayiş etdirilir.

Qeyd edilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsirlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Dövlət rəmzlərinin formalaşması tarixinin öyrənilməsi dövlətçilik tarixinin, mədəniyyətin və ideologiyanınm inkişaf tarixi haqqında daha dolğun məlumat almağa kömək edir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.

Ekskursiya gənclərdə xoş təəssürat yaratmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930