SON DƏQİQƏ

naxcivanxeberleri.com

Britaniya Baş Nazirinin ticarət elçisi Muğam Mərkəzində olub

Britaniya Baş Nazirinin ticarət elçisi Muğam Mərkəzində olub
4-11-2019, 23:54

Ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson və Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Beynəlxalq Muğam Mərkəzini ziyarət ediblər.

Muğam Mərkəzindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qonaqları qarşılayan Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında qısa məlumat verdi. Bildirdi ki, Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq ənənələrinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən Muğam Televiziya Müsabiqəsi keçirilir. Bu günə kimi çoxsaylı gənc muğam ifaçıları bu müsabiqələrdə uğur qazanıb, qədim sənəti təbliğ edirlər.

Nazir həmçinin vurğuladı ki, Azərbaycanın muğam sənəti, tar və kamança ifaçılıq sənətlərinin UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Daha sonra Beynəlxalq Muğam Mərkəzi tərəfindən hazırlanmış konsert proqramı təqdim edildi. Gənc xanəndələr Elgiz Əliyev və Nisbət Sədrayeva xalq mahnıları və təsnifləri, eləcə də "Bayatı-Şiraz", "Segah" və "Rast" muğamlarından parçaları ifa etdilər. Xanəndələri tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusifov müşayiət edirdi.

İfaçıları alqışlayan Baronessa Emma Nikolson qeyd etdi ki, onun musiqiyə, xüsusilə də şifahi ənənəli musiqi janrlarına böyük marağı var. Azərbaycan musiqisinin bu janrları haqqında məlumatlar onun üçün olduqca maraqlıdır. Britaniyalı qonaq ifaçılara və müşayiətçilərə təşəkkürünü bildirdi.

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində xatirə şəkilləri çəkdirdilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930