SON DƏQİQƏ

naxcivanxeberleri.com

9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş Altıncı Bayraq Festivalı keçirilib

9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş Altıncı Bayraq Festivalı keçirilib
4-11-2019, 16:50

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş Altıncı Bayraq Festivalı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, festivalda dövlət qurumlarının, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökümət təşkilatları nümayəndələri, gənclər təşkilatlarının üzvləri iştirak edib.

Tədbirlə bağlı jurnalistlərə açıqlama verən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, festivalın keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır:

"Gənclər və İdman Nazirliyi hər il Dövlət Bayrağı Günü münasibətilə festival keçirir. Bugünkü sayca 6-cı Bayraq Festivalı bədii-kütləvi tədbirdir. Builki formatı genişləndirmişik. 1 noyabrdan başlayaraq Gənclər və İdman Nazirliyi "İradənlə qalib gəl" kompaniyasına start verib. Bu kompaniya çərçivəsində bir sıra aksiyalar keçirilib. İlk aksiya 1-3 noyabrda Nazirliyin balansında olan 34 Olimpiya İdman Kompleksində açıq qapılar günü olub. Bayraq Festivalı həmin kompaniya çərçivəsində Bakıda keçirilən növbəti tədbirdir. 9 noyabra qədər müxtəlif səpkili tədbirlərlə Azərbaycanın şəhər və rayonlarında tədbirlər davam edəcək".

Tədbirdə Dövlət Bayrağı Günü ilə bağlı məlumat verilib. Festival bədii hissə ilə davam edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930