SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunda “Nəsimi” filminin nümayişi olub-FOTO

Babək rayonunda “Nəsimi” filminin nümayişi  olub-FOTO
30-10-2019, 15:00

29 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Babək rayon Mədəniyyət evində Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunan “Nəsimi” filminin nümayişi olub.

Gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlara dövlətçiliyə sədaqət ruhunun aşılanması məqsədilə təşkil edilən film nümayişində 200-ə yaxın yeniyetmə və gənc iştirak edib.

Fonddan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, filmdə aktyor Rasim Balayevin kinoda ilk işidir. Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir. Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da xalqımızın mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkdilər. Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etdilər.

Bu film orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir. XIV əsrin axırı XV əsrin əvvəllərində Azərbaycan xalqı bir tərəfdən yadelli işğalçıların, digər tərəfdən bir-birilə aramsız müharibələr aparan yerli feodallarla irticaçı ruhanilərin zülm və talanlarına məruz qalmışdı. Nəsimi yalnız dövrünün ictimai haqsızlıqlarına qarşı çıxan şair və insan ləyaqətini müdafiə edən humanist filosof olaraq qalmamışdı; onun yaradıcılığında islam qara güruhu ilə mübarizə aparıb öz dövründə mütərəqqi rol oyanayan, eyni zamanda əsrin mütərəqqi, idealist dünyagörüşü təsirindən tamam azad olmayan hürufilik hərəkatının bir çox ideyaları da öz əksini tapmışdı. Film Nəsimi irsinin bizim üçün daha qiymətli ideyaları zülmə və istibdada qarşı üsyan motivləri əsasında yaradılmışdı. Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib.

İmadəddin Nəsiminin ölməz irsi Azərbaycan xalqının milli-mənəvi varlığının və böyük ideallarının, duyğu və düşüncəsinin zəngin və tükənməz xəzinəsidir. Azərbaycan xalqı məhz həmin möhkəm milli-mənəvi dayaqlar və davamlı böyük ənənələr əsasında zaman-zaman formalaşma və dirçəliş mərhələləri keçərək, indiki yüksək inkişaf səviyyəsinə gəlib çatmışdır.

Bütün dünya bu reallığı bir daha bilməlidir ki, İmadəddin Nəsimi cahana və zamana sığmayan, əbədi yaşar Azərbaycan şairidir.

Babək rayonunda “Nəsimi” filminin nümayişi  olub-FOTO
Babək rayonunda “Nəsimi” filminin nümayişi  olub-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930