SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ustad dərsləri keçirilib

Ustad dərsləri keçirilib
16-10-2019, 20:05

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dərslər başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova çıxış edərək bildirib ki, ustad dərslərin keçirilməsində əsas məqsəd tədrisin səviyyəsinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır. Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Atabəy Qurbanov, qarmon ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Elşən İsmayılov, fortepiano ixtisası üzrə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Aynur Rəcəbova, kamança ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Mahirə Məmmədova müəllim və şagirdlərə ustad dərs keçiblər.
Ustad dərs keçən müəllimlər tədris prosesində şagirdə yalnız elmi bilikləri deyil, təcrübə vərdişlərini də aşılamalı, onların dünyagörüşünü formalaşdırmağı, şagirdlərin psixoloji, fiziki və digər fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara yaradıcı mövqedən yanaşmağı müəllimlərə tövsiyə etmişlər.
Ustad dərs başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930