SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransada Azərbaycan muğamı və xalq çalğı alətləri tədris ediləcək

Fransada Azərbaycan muğamı və xalq çalğı alətləri tədris ediləcək
14-10-2019, 21:25

Fransanın Britaniya regionunda Azərbaycan muğamı və xalq çalğı alətləri tədris ediləcək.

Təlim kurslarına bu il dekabrın 11-də Brest şəhərində start veriləcək və daha sonra Van şəhərində davam etdiriləcək.

Azərbaycan muğamının incəliklərini fransalılara dünya şöhrətli muğam ustası Fərqanə Qasımova, xalq çalğı alətlərini isə klarnet, zurna və balaban ifaçısı Səddam Novruzbəyov tədris edəcəklər.

Dərslər fransalı müğənnilər və peşəkar instrumentalçılar üçün nəzərdə tutulub.

Xatırladaq ki, Səddam Novruzbəyov dəfələrlə "France inter" radiosunda "Clara Yse" qrupunun üzvləri ilə birgə qərb musiqi alətlərini Azərbaycan musiqisinə məxsus milli çalarlarla balabanda müşayiət edib. O, "Clara Yse" qrupunun bu yaxınlarda işıq üzü görmüş albomunda yer alan 5 mahnısının 2-də balaban, 2-də klarnet və birində tütək ifa edib.Report

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930