SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tbilisidəki Azərbaycan teatrı Qazaxıstanda beynəlxalq festivalda iştirak edir

Tbilisidəki Azərbaycan teatrı Qazaxıstanda beynəlxalq festivalda iştirak edir
14-10-2019, 14:09

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Qazaxıstanın Aktau şəhərində keçirilən “Abiş aləmi” birinci beynəlxalq teatr festivalında iştirak edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, festivalda Gürcüstanı təmsil edən teatr A.P.Çexovun “Ayı” pyesinin əsasında hazırlanan tamaşa ilə çıxış edəcək.

Tamaşanın rejissoru teatrın bədii rəhbəri Turqay Vəlizadədir. Səhnə əsərində rolları T.Vəlizadə ilə yanaşı teatrın aparıcı və istedadlı aktrisaları Leyla Qasımova və Aida Tağıyeva da ifa edirlər.

Teatr festivalı Qazaxıstanın xalq yazıçısı Abiş Kekilbayevin 80 illik yubileyinə həsr olunub. Beynəlxalq tədbirə Qazaxıstanla yanaşı, Rusiya, Türkiyə, Ermənistan, Tacikistan, Türkmənistan, İran və Gürcüstandan teatr truppaları qatılıblar.

Festival TÜRKSOY-un dəstəyi ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi və Manqistau vilayətinin akimliyinin təşəbbüsü ilə baş tutub. Tədbirin əsas məqsədi Qazaxıstanın digər ölkələrlə mədəni və mənəvi əlaqələrinin möhkəmləndirilməsidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930