SON DƏQİQƏ

18:20 - Asiyada istiqraz əməliyyatlarını izləmək üçün blokçeyn əsaslı platforma yaradılır

18:07 - İngiltərə millisi 1000 oyuna çatan ilk komanda olacaq

17:53 - Şəhid Qabil Orucəliyevə həsr olunmuş “Səni Vətən çağırır” adlı sənədli film nümayiş olunub-FOTO

17:41 - Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib

17:30 - “Azərbaycan Beynəlxalq Bankı”nın Rusiyadakı törəməsi xalis mənfəətini 39% artırıb

17:21 - Azərbaycan bankları bu ilin 9 ayında 4,1 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

17:10 - AFFA "Kəpəz"in nümayəndəsinə 10 oyunluq cəza verib

17:00 - Deputat: "Uşağa görə verilən birdəfəlik müavinət 200 manatdan 500 manata qaldırılmalıdır"

16:50 - Dövlət başçısı: “Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır”

16:45 - Bakıda olimpiadaya lisenziya xarakterli karate üzrə Avropa çempionatı keçiriləcək

16:37 - Prezident "Azərsu”ya 5 milyon manat ayırıb

16:30 - Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək

16:26 - İstehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib-FOTO

16:22 - Ceyhun Bayramov Parisdə məktəblər və ekstremizmlə bağlı konfransda iştirak edib

16:11 - Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrini qəbul edib

naxcivanxeberleri.com

ŞƏRUR YALLILARININ TƏDQİQİ İSTİQAMƏTİNDƏ YENİ MƏRHƏLƏ BAŞLANMIŞDIR

ŞƏRUR YALLILARININ TƏDQİQİ İSTİQAMƏTİNDƏ YENİ MƏRHƏLƏ  BAŞLANMIŞDIR
7-10-2019, 10:05

Şərur yallılarının yaşadılmasında, əvəzsiz folklor nümunəsi kimi qorunub saxlanılmasında böyük xidmətləri olan sənətkarlardan biri də ömrünün 50 ildən çoxunu bu sənətə həsr edən Şəhriyar kənd sakini Əli Əsgərovdur. Onunla söhbətimiz bu barədə oldu:
-- Əli müəllim, əvvəlcə milli dəyərlərimizdən biri olan yallı sənəti haqqında fikirlərinizi öyrənmək istərdim.
-- Naxçıvanda yallıya ta qədimdən maraq olub. 1924-cü ildən sonra isə bu sənətə maraq get-gedə kütləvi şəkil alıb. İlk yallı qrupları Çərçiboğan, Cəlilkənd, Oğlanqala və Yengicə kəndlərdə yaranıb. 1932-ci ildən bu qruplar birləşmiş halda səhnələrə çıxıblar.
2005-ci ildə «Şərur» Yallı Ansamblına «Xalq Yallı Ansamblı» adı verilib. Bu günə qədər ansambl ölkəmizdə və xaricdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edərək çoxlu diplomlar və mükafatlar qazanıb. Bu gün rayonumuzda yallı ifaçılarının üç nəsli bu qədim rəqs növünü yaşadır. Hər il ansambla yeni istedadlı yeniyetmə və gənclər cəlb olunur. Onlar Şərur yallılarını dünya xalqlarına tanıtdıran və sevdirən keçmiş ifaçıların yolunun layiqli davamçılarıdırlar. Ağsaqqallardan ibarət təşkil olunmuş «Nurani» ansamblı, «Şərur qönçələri», həm də «Şərur» Xalq yallı kollektivləri son illər muxtar respublikamızın müxtəlif rayonlarında yaradılan yallı ansamblları üçün bir təcrübə məktəbi rolunu da oynayırlar.
-- Sizi yallı sənətinə bağlayan nədir və yallı ansamblına gəlişiniz necə olub?
-- Bilirsiniz ki, Şərurda el şənliklərini, toyları yallısız təsəvvür etmək mümkün deyil. Toylarımız yallı ilə başlayır, yallı ilə qurtarır. Mən də uşaqlıqdan bu sənətin vurğunu olmuşam. Bu günlərdə 70 yaşım tamam oldu. Bu ömrün təxminən 50 ilini yallı ilə peşəkar səviyyədə məşğul olmuşam. Hətta orta məktəbdə keçirilən bayram tədbirlərində də sinif yoldaşlarımızla birgə dəstə tutub rəqs edərdik. Elə o vaxt da mən həmişə dəstənin başında durardım. Sonralar bu sənətə olan marağım daha da artdı. 1970-ci ildə Şərur Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən yallı ansamblına üzv kimi daxil oldum. Eyni vaxtda həm də Şəhriyar kənd Mədəniyyət evinin direktoru, 1972-ci ildə isə yallı ansamblına bədii rəhbər təyin olundum.
-- Həmin dövrlərdə rəhbərlik etdiyiniz yallı kollektivi hansı səfərlərdə olub, hansı uğurları qazanıb?
-- 1972-ci ildə SSRİ-nin təmsilçisi kimi Almaniya Demokratik Respublikasında keçirilən folklor festivalına dəvət aldıq. Bu səfərdə ifa olunan yallıya Xalq artisti Əminə Dilbazi quruluş vermişdi. Kollektivimiz festivalın I dərəcəli diplomuna layiq görüldü. Daha sonra bir neçə dəfə Moskvada çıxışımız oldu, ansamblımız haqqında televiziya filmi çəkildi. 1975-ci və 1977-ci illərdə ümumdünya folklor festivallarına qatıldıq və bu festivalların da laureatı olduq.
-- «Şərur» Xalq Yallı Ansamblının adı gələndə yadınıza əsasən kimlər düşür?
-- «Şərur» Xalq Yallı Ansamblının formalaşmasında xüsusi rolu olanlar, adı bu kollektivlə qoşa çəkilənlər çoxdur. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Səttar Əhmədov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Kimya Babayeva, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Əfsər Novruzov və başqaları müxtəlif illərdə yallı kollektvinə rəhbərlik etmişlər və bu gün də bu kollektivlə bir yerdədirlər.
Dövrün məşhur yallı ustalarından söz düşəndə Səyyad Abdullayev, Əli Abbasov, Qədim Qədimov, Yəhya Abdullayev, daha sonralar Bahəddin Əsgərov, İsa Mustafayev, Azad Ramazanov və bu kimi sənətkarların maraqlı çıxışları bu gün də yadımdadır. Onu da deyim ki, ansamblın tanıdılmasında rəqsləri müşayiət edənlərin də rolu çox olub. Bu mənada zurna ifaçısı Hüseyn İsmayılov, balabançı Nəsrulla İsmayılov, nağaraçı İsabala Mustafayev, tulumçu Məmməd Yaqubov da kifayət qədər tanınmış sənətkarlar olublar. Yaxşı haldır ki, dövlətimizin diqqət və qayğısı ilə bu sənətkarların da əksəriyyətinin əməyi yüksək qiymətləndirilib. Nağaraçalan İsgəndər Əliyev Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına və Prezident mükafatına, zurna ifaçılarından Kamal Babayev Azərbaycan Respublikasının Əməkdar mədəniyət işçisi fəxri adına və Prezident mükafatına, Natiq Məmmədov Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüblər.
-- Ötən il Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş Qərarla «Yallı («Köçəri», «Tənzərə»), Naxçıvanın ənənəvi qrup rəqsləri» UNESKO-nun Təcili Qorunma siyahısına daxil edilib…
-- Bu işdə əsas məqsəd ölkəmizin qədim və tarixi ərazisi olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələri UNESKO səviyyəsində qorumaqdan ibarətdir. Bununla da «Köçəri» yallısını öz adına çıxmağa çalışan Ermənistanın «Yallı» («Köçəri», «Tənzərə») Naxçıvanın ənənəvi qrup rəqsləri» nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınmış, növbəti dəfə bu ölkəyə layiqli cavab verilmişdir. Bu, eyni zamanda, Şərur yallılarının tədqiqi, unudulmuş nümunələrinin üzə çıxarılması, bərpa edilməsi və təbliğ olunması istiqamətində də yeni mərhələdir.
Dərin tarixi milli köklərə malik olan «Yallı» rəqslərin beynəlxalq miqyasa çıxarılması azərbaycançılıq ideologiyasının təbliği baxımından da çox əhəmiyyətlidir. Artıq «Yallı» da bəşər mədəni irsində azərbaycançılıq möhürlərindən biridir. «Yallı» rəqsinin UNESKO kimi dünyada ən böyük mədəniyyət təşkilatının Təcili Qorunma Siyahısına daxil edilməsi müstəqil Azərbaycan diplomatiyasının və mədəniyyətinin mühüm nailiyyətidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı «Naxçıvanda Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər planı» bu istiqamətdə yeni bir mərhələnin başlanğıcıdır.


Qafar QƏRİB

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930