SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Saat Meydanı Turistik İstirahət Mərkəzi”ndə “Yallı festivalı” keçirilib

“Saat Meydanı Turistik İstirahət Mərkəzi”ndə “Yallı festivalı” keçirilib
16-09-2019, 19:29

Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanına əsasən hər il dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Milli Musiqi Günü” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM verilən məlumata görə, belə tədbirlərdən biri də sentyabr ayının 14-də “Saat Meydanı” turistik istirahət mərkəzində təşkil olumuş “Yallı festivalı”dır.

Qeyd edək ki, qədim köklərə malik yallı sənətinin milli musiqi tariximizdə özünəməxsus yeri var. Ulu öndərimiz Heydər Əliyev xalqımıza məxsus bütün xüsusiyyətləri, tarixini, mədəniyyətini özündə əks etdirən yallı sənəti haqqında deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Şərur yallıları haqqında" 2018-ci il 24 dekabr tarixli Sərəncamı muxtar diyarımızda yallı sənətinin tədqiqi, təbliği və qorunmasına göstərilən dövlət qayğısının bariz təzahürüdür. Bu sərəncama müvafiq “Tədbirlər Planı” təsdiq edilmiş, mədəniyyət müəssisələri qarşısında konkret vəzifələr qoyulmuşdur.

Bu “Tədbirlər Planı” əsasında keçirilən və özünəməxsusluğu ilə seçilən “Yallı festivalı”ı yallı kollektivlərinin maraqlı və rəngarəng rəqsləri ilə yadda qalmışdır.
Festivalda Naxçıvan Dövlət Filarmoniyanın Mahnı və Rəqs Ansamblı, Şərur (“Şərur” Xalq Yallı Ansamblı, “Nurani” Xalq Yallı qrupu, “Şərur qönçələri” Uşaq Yallı Ansamblı, “Bahar” Yallı qrupu, Daşarx Kənd Uşaq Musiqi Məktəbinin Yallı qrupu), Babək (Babək Rayon Mədəniyyət Sarayının Yallı kollektivi), Ordubad (Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” Yallı kollektivi, Unus və Kələki Kənd mədəniyyət evlərinin “Ordubad qönçələri” Uşaq Yallı kollektivi, Dırnıs və Vənənd Kənd mədəniyyət evlərinin Uşaq Yallı kollektivi), Culfa (Milax Kənd Mədəniyyət Evinin Yallı kollektivi), Kəngərli (Kəngərli Rayon Mədəniyyət Sarayının “Sarı gəlin” Yallı kollektivi, Şahtaxtı Kənd Mədəniyyət Evinin “Sevinc” Uşaq Yallı qrupu), Şahbuz (Badamlı Kənd Mədəniyyət Evinin Yallı kollektivi, Kolanı Kənd Mədəniyyət Evinin Yallı kollektivi, Şahbuz Şəhər Klubunun Yallı kollektivi) və Sədərək (“Qeyrət qalası” Yallı kollektivi) rayonlarının, eləcə də H.Əliyev Uşaq Gənclər Yaradıcılıq Birliyinin, Naxçıvan Tibb Kollecinin (“Birlik” Yallı kollektivi) və Naxçıvan Musiqi Kollecinin yallı kollektivləri çıxış etmişdir.

Festival boyu “Tənzərə”, “Xələfi”, “Köçəri”, “Baharı”, “El yallısı”, “Hoynəri”, “Üç ayaq”, “Tirməşal”, “Qənimo”, “Söylə”, “Tello” və s. yallılar ifa edilmiş, “Azəri”, “Ana yurdum” və digər rəqslər festival iştirakçılarında xoş əhvali-ruhiyyə yaratmışdır.

Qeyd edək ki, sentyabrın ayının 11-dən başlayan “Milli Musiqi Günü” ilə bağlı silsilə tədbirlərə sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti ilə yekun vurulacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031