SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclərin Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil olunub

Gənclərin Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil olunub
12-09-2019, 23:09

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclərin Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, gənclər Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar. Burada onlara məlumat verilib ki, 1924-cü ildə təşkil olunmuş muzey müxtəlif eksponatların toplanması və gələcək nəslə çatdırılmasında böyük əhəmiyyəti olmuşdur. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoymuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra muzeylərin inkişafı və onların nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycan muzeyləri, o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyi nəinki mədəni xidmət ocaqları, həm də elmi-tədqiqat bazaları kimi fəaliyyət göstərməyə başlamışdır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və s. saxlanılan və nümayiş etdirilən muzeydə elmi-tədqiqat işləri aparılır, stasionar və səyyar sərgilər təşkil olunur, görüşlər, anım mərasimləri, elmi-nəzəri və təcrübi konfranslar, dəyirmi masa və s. maarifləndirici tədbirlər keçirilir.

Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponat Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır və nümayiş etdirilir ki, onlardan da 3000-ə qədəri ekspozisiyada nümayiş olunur. Muzey 10 şöbədən ibarətdir.
Məlumat verilib ki, muzeyin ekspozisiyası qədim, orta əsrlər, müasir və yeni dövrü əhatə edir. Burada müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkroğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif İbn Küseyiroğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.

Qeyd olunmuşdur ki, muzeyə gələn qonaqların sayı da əhəmiyyətlə dərəcədə artmışdır. Belə ki, bu ilin 8 ayı ərzində muzeyi 25 min nəfər ziyarət etmişdir ki, onlardan da 5 minə qədəri əcnəbi vətəndaşdır.

Gənclərə muzey haqda geniş məlumat verildikdən sonra bildirilib ki, beş min illik tarixə malik qədim mədəniyyət mərkəzi Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Cənab Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə bağlı 2 avqust 2019-cu il tarixdə Sərəncam imzalamışdır. Hal-hazırda muzeydə yubiley tədbirinə hazırlıq işləri aparılır.

Ekskursiya gənclərdə xoş təəssürat yaradıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930