SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Səni tərənnüm edirəm doğma Naxçıvan” devizi altında mahnı müsabiqəsi keçiriləcək-Mükafat 1000 AZN

“Səni tərənnüm edirəm doğma Naxçıvan” devizi altında mahnı müsabiqəsi keçiriləcək-Mükafat 1000 AZN
9-09-2019, 16:25

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm doğma Naxçıvan” devizi altında mahnı müsabiqəsi keçiriləcək.


NAXCİVANXEBRLERİ.COM
xəbər verir ki, müsabiqənin əsas məqsədi qədim diyarımız Naxçıvanı - onun təbiətini, zənginliklərini, yetirdiyi dahi şəxsiyyətləri tərənnüm edən yeni mahnıların yazılmasıdır. Müsabiqədə professional və həvəskar bəstəkarlıqla məşğul olan yaşı 18-dən yuxarı şəxslər iştirak edə bilərlər.
Müsabiqə bir turdan ibarətdir. Müsabiqə qaliblərinin mükafatlandırılması üçün professional və həvəskar bəstəkarlar nominasiyaları olmaqla hər biri üzrə bir I yer, bir II yer və bir III yer təsis edilmişdir. Qaliblərin mükafatlandırılması üçün I yer - 1000 AZN, II yer - 500 AZN, III yer - 250 AZN mükafat fondu ayrılmışdır.
Müsabiqədə iştirak etmək istəyənlər 2019-cu il sentyabr ayının 20-dək Təşkilat Komitəsinə ərizə ilə müraciət edə bilərlər. (Telefon: 036 - 545-02-54) Musiqi əsərlərinin notu çap şəklində ərizəyə əlavə olunmalıdır.
Müsabiqə zamanı bəstəkar əsərləri solist və ya xorun ifasında canlı olmaqla hər hansı orkestr, ansambl və ya konsertmeysterin müşayiəti ilə təqdim edilməlidir. Müsabiqənin 2019-cu il oktyabr ayının ikinci yarısında Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30