SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Milli Musiqi Günü ” münasibətilə tədbirlər keçiriləcək-ELAN

Naxçıvanda “Milli Musiqi Günü ” münasibətilə tədbirlər keçiriləcək-ELAN
9-09-2019, 12:04

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanına əsasən hər il dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü - sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Milli Musiqi Günü”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sentyabrın 11-dən başlayaraq “Görüş yeri” kafesinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti ilə start veriləcək tədbirlər çərçivəsində filarmoniyanın və digər yaradıcı kollektivlərin çıxışı, həmçinin “Yallı festivalının” keçirilməsi nəzərdə tutulmuşdur.
Silsilə tədbirlərə sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti ilə yekun vurulacaqdır.
Sizi “Milli Musiqi Günü” çərçivəsində keçiriləcək konsertlərə dəvət edirik.
1. Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti
Görüş yeri kafesinin qarşısı, 11.09.2019, Saat 19.00
2. Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestrinin konserti
Saat Meydanı, 12.09.2019, Saat 19.00
3. Milli Musiqi Günü”nə həsr olunmuş milli rəqslərdən ibarət konsert - Naxçıvan Musiqi Kollecinin tələbələrindən ibarət fləşmob
Saat Meydanı, 13.09.2019, Saat 19.00
4. “Yallı Festivalı”
Saat Meydanı, 14.09.2019, Saat 19.00
5. Xor kollektivlərinin konserti
Saat Meydanı, 16.09.2019, Saat 19.00
6. Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti
Naxçıvan Dövlət Musiqili Dram Teatrı, 18.09.2019, Saat 18.00

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30