SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədə İmadəddin Nəsiminin “İraq Divanı” oxuculara təqdim olunub

Türkiyədə İmadəddin Nəsiminin “İraq Divanı” oxuculara təqdim olunub
5-09-2019, 17:42

Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq Divanı” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən 2000 ədəd tirajla çap olunan İraq Divanı Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunub. İraq Divanını Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.

“İmadəddin Nəsimi. İraq Divanı” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanmış “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə çap olunub.

“İmadəddin Nəsimi. İraq Divanı” “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 42-ci kitabdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30