SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiyada Müslüm Maqomayevə həsr olunan bədii filmin premyerası olacaq

Rusiyada Müslüm Maqomayevə həsr olunan bədii filmin premyerası olacaq
4-09-2019, 16:45

Rusiyanın nüfuzlu “Birinci kanalı”nda (1TV) bu payız mövsümündə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş “Maqomayev” bədii serialının premyerası keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, rejissorlar - Dimitri Tiurin və Roman Prıqunovun rəhbərliyilə çəkilən ekran əsərində M.Maqomayevi serbiyalı aktyor Miloş Bikoviç oynayır.

Çəkilişləri Bakıda, Rusiyanın Moskva və Zelenoqrad şəhərlərində keçirilən serialın məsləhətçisi böyük sənətkarın həyat yoldaşı, opera müğənnisi Tamara Siniavskayadır.

Bundan əvvəl Xalq artisti Emin Ağalarov Müslüm Maqomayevə həsr olunan səkkiz bölümlü bədii filmin çəkiləcəyini bildirmişdi. Ötən ilin oktyabr ayında filmin çəkilişləri Bakıda başlamışdı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30