SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əməkdar artistin 60 illik yubileyi qeyd olundu

Əməkdar artistin 60 illik yubileyi qeyd olundu
29-08-2019, 23:24

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan RespublikasınınƏməkdar artisti Tofiq Seyidovun 60 illik yubileyi qeyd olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq muxtar respublikada tanınmış sənət adamlarına göstərilən yüksək dövlət qayğısından bəhs edib, Əməkdar artist Tofiq Seyidovun keçdiyi həyat yolundan və səhnə fəaliyyətindən danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bütün sənət adamlarına daim diqqət və qayğı göstərir, onların yubileyləri yüksək səviyyədə qeyd edilir. Bu yubiley tədbiri də həmin ənənənin davamıdır. Tanınmış rejissor və aktyor Tofiq Seyidovun ya- ratdığı rəngarəng obraz və personajlar, quruluş verdiyi dəriməzmunlu və aktual ideyaları ilə seçilən səhnə əsərləri onu tamaşaçılara çoxdan sevdirib. Qeyd edilib ki, Tofiq Seyidov 1959-cu il avqust ayının 2-də Babək rayonunun Zeynəddin kəndində anadan olub. İlk təhsilini Zeynəddin kənd tam orta məktəbində alan Tofiq Seyidov 1978-ci ildəAzərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, 1982-ci ildə həmin ali təhsil ocağının Dram və kino aktyorluğu fa- kültəsini bitirib. O, 1982-ci ildənCəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. 2013-cü ildən quruluşçurejissor kimi də çalışan Tofiq müəllim “Manqurt”, “Nadir şah”, “Nadanlıq”, “Hacı Qara”, “Göy quş”, “Qılınc və qələm”, “Xəyyam”, “Ölülər və dəlilər” vədigər tamaşalara uğurlu quruluş verib. Naxçıvan teatrının səhnəsində Tofiq Seyidov “Əlincə qalası” tamaşasında Şeyx Ömər Osman, “Atamın kitabı” tamaşasında ikinci Məmməd Araz, “Uçurum” səhnə əsərində Əkrəm, “Xəyyam” tamaşasında Xəyyam, “Ölülər və dəlilər” tamaşasında Molla Abbas, “Şeyx Sənan” tamaşasında Şeyx Hadi, “Mənim tanrım gözəllikdir, sevgidir” səhnə əsərindəki Şeyx Sənan və digər obrazları ilə tamaşaçı rəğbəti qazanıb. Diqqətə çatdırılıb ki, tanınmış sənətkarın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2015-ci ildən Naxçıvan Dövlət Uşaq Teatrına rəhbərlik edən Tofiq Seyidov 2016-cı ildə Prezident mükafatına, 2017-ci ildə isə “Azərbaycan Respubli- kasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
Natəvan Qədimova çıxışının sonunda yubilyarı təbrik edib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb. Tədbirdə Əməkdar artistin sənət dostları – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Xalq artisti Kamran Quliyev, Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Şirzad Abutalıbov və digər sənət dostları çıxış edərək yubilyara ürək sözlərini çatdırıblar. Sonda Tofiq Seyidov yaradıcılığına yüksək qiymət verildiyinə, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədrinə minnətdarlığını bildirib.


Güntac ŞAHMƏMMƏDLİ

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031