SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Tarix Muzeyində seminar-müşavirə keçirilib-FOTO

Naxçıvan Dövlət Tarix Muzeyində seminar-müşavirə keçirilib-FOTO
16-08-2019, 16:42

Bugün Naxçıvan Dövlət Tarix Muzeyində “Muxtariyyətin müstəqillik dövründə Naxçıvanın sosial-iqtisadi və mədəni inkişafının muzeylər vasitəsilə təbliğinin forma və üsulları” mövzusunda seminar-müşavirə keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, muxtar respublikadakı muzeylərin əməkdaşlarının iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Nizami Rəhimov açaraq müasir dövrdə muxtar respublika muzeylərinə göstərilən dövlət qayğısından, onların ildən-ilə şəbəkəsinin genişləndirilməsindən və maddi-texniki bazasının möhkəmləndirilməsindən söhbət açmışdır. O, eyni zamanda muzeylər qarşısında duran vəzifələrdən, onların fəaliyyətinə verilən tələblərdən danışaraq qeyd etmişdir ki, hazırki dövrdə tarixi keçmişimizlə yanaşı, müasir dövr tarixini də muzeylər vasitəsilə təbliğ etmək günün vacib məsələlərdəndir. Bu baxımdan müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının əldə etdiyi uğurların, sosial-iqtisadi və mədəni inkişaf sahəsində həyata keçirilən tədbirlərin muzeylərin ekspozisiyalarında əyani şəkildə göstərməklə təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Həmçinin, vurğulanmışdır ki, bu sahədə tarix muzeyi özünəməxsus təcrübəyə malikdir. Seminar-müşavirənin əsas məqsədi isə ötən illər ərzində bu sahədə toplanmış təcrübənin muxtar respublikanın digər muzeylərinə çatdırılıb.
Sonra seminar-müşavirədə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond müdürü Novruz Əliyev, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuran Əliyev mövzu ətrafında çıxış etmişdir. Seminar-müşavirədən sonra iştirakçılar tarix muzeyində müasir dövr tarixinin ekspozisiyada əks olunması ilə əlaqədar aparılan işlərlə yaxından tanış olmuş və fikir mübadiləsi aparılıb.

Naxçıvan Dövlət Tarix Muzeyində seminar-müşavirə keçirilib-FOTO
Naxçıvan Dövlət Tarix Muzeyində seminar-müşavirə keçirilib-FOTO
Naxçıvan Dövlət Tarix Muzeyində seminar-müşavirə keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031