SON DƏQİQƏ

naxcivanxeberleri.com

İmadəddin Nəsimiyə həsr olunan “Son gecə” adlı filmin çəkilişləri başa çatıb - VİDEO

İmadəddin Nəsimiyə həsr olunan “Son gecə” adlı filmin çəkilişləri başa çatıb - VİDEO
13-08-2019, 14:50

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi yeni bədii televiziya filminin çəkilişlərini başa vuraraq təhvil verib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Son gecə” adlı film Azərbaycanın dahi şairi Nəsimiyə həsr olunub. “Nəsimi ili” çərçivəsində ərsəyə gələn film Nəsiminin zindanda – edamdan əvvəl son gecəsindən bəhs edir. Film Rəsul Rzanın eyni adlı poeması əsasında çəkilib.

Filmdə maraqlı faktlardan biri üç fəqli Azərbaycan şairinin – Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır. Filmin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov, quruluşçu operator Əməkdar mədəniyyət işçisi Eldar Məmmədovdur. Quruluşçu rəssam Rəfael Əlizadə, qrim rssamı isə Elbrus Vahidovdur. Nəsimi roluna əməkdar artist Elşən Rüstəmov çəkilib.

Filmdə əməkdar arist Vidadi Əliyev, aktyor Vüsal Murtuzəliyev və başqaları da çəkiliblər. Ssenari müəllifləri isə Afaq Vasifqızı və Pərvindir. Film sentyabr ayından ekrana çıxacaq. Qeyd edək ki, Rövşən Məmmədov AzTV rəhbərliyinə gətirildikdən sonra köklü islahatlar aparılıb, yeni layihələrə tanınmış simalar cəlb edilib, eyni zamanda tamaşa və filmlərin çəkilişlərinə start verilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031