SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hüseyn Cavidin ev-muzeyi ziyarət olunub

Hüseyn Cavidin ev-muzeyi ziyarət olunub
11-08-2019, 13:02

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti redaksiyası və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları “Muzey günləri” çərçivəsində bu dəfə Hüseyn Cavidin şəhərimizdəki ev-muzeyində olublar.

Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksinin bələdçisə Fərqanə Babayeva qonaqlara ekspozisiya haqqında ətraflı məlumat verib.

Sonra qonaqlar muzeyin otaqları ilə tanış olublar. “Matəm otağı” adlanan otaq qonaqların daha çox marağına səbəb olub. Burada Hüseyn Cavidin Sibirdə olan məzarının axtarılıb tapılmasını əks etdirilən fotolar və divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq nümayiş olunur. Bildirilib ki, otağın çıxışında sərgilənən və 1936-cı ildə çəkilmiş ailəvi fotoşəkil Cavidlər ailəsinin axırıncı xatirə şəklidir.

Qonaqlar “Xatirə otağı” ilə də tanış olublar.


Qafar Qərib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031