SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ötən ay muxtar respublikadakı muzeyləri 51 mindən çox tamaşaçı ziyarət edib

Ötən ay muxtar respublikadakı muzeyləri 51 mindən çox tamaşaçı ziyarət edib
10-08-2019, 20:55

Ötən ay muxtar respublikadakı muzeyləri 51 min 752 tamaşaçı ziyarət edib ki, onlardan 18 min 392 nəfəri əcnəbi vətəndaşlardır. Muzey fondlarının daha da zənginləşdirilməsi işinə töhfə olaraq iyulda muzeylərə 354 yeni eksponat daxil olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, nazirlik tərəfindən iyul ayında əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin təşkili diqqətdə saxlanılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95, İmadəddin Nəsiminin 650, Ərtoğrol Cavidin və Hüseyn İbrahimovun 100 illik yubileyləri, eləcə də Babək Rayon Xalq Teatrının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə tədbirlər keçirilib.

Muzey işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə tədbirlər davam etdirilib, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Gənc nəslin maariflənməsində muzeylərin rolu” mövzusunda dəyirmi masa təşkil olunub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə tabe müəssisələrdə çalışan gənclərdən ibarət komandalar arasında “Yaşa və öyrən” intellektual bilik yarışının final turu keçirilib, qaliblər diplom və hədiyyələrlə təltif edilib.

Ötən ay kitabxanaların da fəaliyyəti diqqətdə saxlanılıb, muxtar respublika kitabxanalarında tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlər, uşaq bağçalarında nağıl günləri keçirilib, oxunması zəruri olan kitabların müzakirəsi təşkil olunub. Kitabxanalarda yeni oxucu sayı 283, oxucu gəlişi 8 min 217 nəfər olub, 49 min 247 nüsxə kitab oxunması üçün götürülüb. Elektron kataloqa 729 adda kitab işlənib və ümumilikdə, elektron kataloqda kitabların sayı 12 min 658-ə çatdırılıb. Elektron kitabxanadan 115 oxucu istifadə edib.

Culfa və Şərur rayonlarında “Xalq yaradıcılığı günü” keçirilib, muxtar respublikanın mədəniyyət evləri və klub müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin, baxış-müsabiqələrin təşkili davam etdirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031